İmişlidə 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Əli Şakir oğlu yaşadığı evin hamamında dəm qazından boğulub. Ə.Cəfərov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.