Kürdəmirdə 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə ev 24 ünvanından yaşayan 1996-cı il təvəllüdlü Osmanova Mənsimə evin hamamında dəm qazından boğulub.
Onun meyitini həyat yoldaşı aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.