Bakıda hündürmərtəbəli binada yanğın baş verib.
ulusestv.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, hadisə ötən gecə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında qeydə alınıb.
Belə ki, nazirliyin qaynar xəttinə çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın saat 01:07 dəqiqədə məhdudlaşdırılıb.