Bakıda yaşayış binasında yanğın olub.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 32 m² olan 1 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.