Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Kemerburqazdakı 13 milyon lirə dəyərindəki (təxminən 3 milyon manat) villasından köçür.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbulun mərkəzində yaşamağa qərar verən sənətçi kirayə ev axtarmağa başlayıb. O, keçən həftə Beykozda aylığı 75 min lirə (17 min AZN) olan evi kirayə götürməyi düşünüb. Lakin müqaviləni imzalamazdan əvvəl fikrindən daşınıb və evi kirayələmək istəmədiyini bildirib. Buna baxmayaraq, ev sahibinə verilən ödəniş geri qaytarılmayıb.
Qeyd edək ki, Gündeşin İstanbulun Kanlıca səmtindəki tarixi əkiz villasını təmir etdirməsi uzun müddət müzakirələrə səbəb olmuşdu.