Hollivud ulduzları Ancelina Coli və Bred Pittin beş ildir davam edən məhkəmə çəkişməsi başa çatıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2016-cı ildən bu yana uşaqlara himayədarlıq uğrunda mübarizə aparan cütlük indi onlara birgə baxacaq. Tək qəyyumluq istəyində olan Coli hakimlərin fəaliyyətini sərt tənqid edib.
Məhkəmə hakimini işdən kənarlaşdırmağa çalışan aktrisa mayın 24-ü yeni bir sənəd təqdim edib. Orada hakimin müvəqqəti hökm çıxarmazdan əvvəl uşaqların təhlükəsizliyi və rifahı haqqında söylədiyi dəlilləri dinləməkdən imtina etdiyini qeyd edib. Sənədlərdə bu dəlilin nə ola biləcəyi barədə ətraflı məlumat yoxdur.
Aktrisa, eyni zamanda hakimin Kaliforniya məhkəmələri qanununun bir hissəsini yetərincə nəzərə almadığını söyləyərək ailədaxili şiddət tarixçəsi olan bir şəxsə himayədarlıq verilməsinin uşağın mənafeyinə zərər verəcəyini söyləyib.
Bütün bunlara baxmayaraq, məhkəmə cütlüyə 18 yaşlı övladı istisna olmaqla digər beş uşaq barədə ortaq himayədarlıq verib.
Qeyd edək ki, 12 il birlikdə olan Brangelina ailəsinin 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 övladı var.