Türkiyənin ən çox izlənilən seriallarından olan "Çukur"a daha bir yeni aktyor daxil olub.
ulusestv.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, söhbət Tolqa Sarıtaşdan gedir. Məlumata görə, o, "Çukur"da "Çivi" obrazını canlandıracaq.
Qeyd edək ki, T.Sarıtaş son olaraq "Söz" serialının baş qəhrəmanı olub.