Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aktrisanın özü instaqramda məlumat yayıb.
O, ağciyərində törəmə şişlərin yarandığını qeyd edib: “İki gün əvvəl müayinə nəticəsində artıq bildik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah üçüncü ağır prosesdən də salamat çıxaram”.