Səmanın xanımı Leyla Məmmədbəyova və digər qadın təyyarəçilərimiz!
O,1931-ci ildə ilk uçuşunu həyata keçirib
Yaxın Şərq və Cənubi Avropada ilk təyyarəçi qadın azərbaycanlı olub.
ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bu barədə məlumat yayıb.
Məlumatda deyilir ki, Leyla Məmmədbəyova Azərbaycanda, Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın pilot olub.
“1909-cu il təvəllüdlü Məmmədbəyova 1931-ci ildə ilk uçuşunu həyata keçirib və 10 il ərzində Sovet ordusunda aviasiya mayoru olub. O həmçinin Cənubi Avropadan Mərkəzi Asiyaya tək uçan ilk qadın pilot olub. Onun cəsarəti və ilhamı stereotipləri qırmağa və Sovet İttifaqında tanınmasına kömək edib. Ona “səmanın xanımı” adı verilib. Məmmədbəyova həmçinin İkinci Dünya Müharibəsində döyüşən minlərlə paraşütçüyə təlim verib.
Leyla Məmmədbəyova 1925-ci ildə 14 yaşında ikən Kürdəxanı qəsəbəsində dünyaya gəlmış Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəhram Firudin oğlu Məmmədbəyovla ailə həyatı qurmuşdur. 16 yaşında ikən ilk övladı dünyaya gəlib.
Bütün bunlarla yanaşı o, 6 uşaq böyüdüb. Leyla Məmmədbəyovanın böyük oğlu Firudin İkinci dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşmuşdur.
Qadın təyyarəçiyə bir sıra şeir və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma həsr olunmuşdur.
Qadın təyyarəçilərimiz
Sona Piri qızı Nuriyeva.
1915-ci ilin dekabrında Bakıda anadan olmuş, orta təhsilini başa vurduqdan sonra 1936-cı ildə Bataysk təyyarəçilik məktəbini bitirərək, 3-cü dərəcəli pilot peşəsinə yiyələnmişdir. Böyük Vətən Müharibəsində iştirak etmiş, döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə 1944-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Müharibədən sonrakı həyatını Azərbaycan mülki aviasiyasına həsr etmişdir.
Ziba Dadaşovanın və Zərifə Qasımovanın adlarını çəkməmək olmur. Böyük Vətən Müharibəsi illərində Bakını mühafizə edən xüsusi aviadəstənin tərkibində bu qızlar da şücaət göstərmişlər…