ELİN GÖZÜ TƏRƏZİDİR
Azərbaycan Respublikası Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir ağaclar, bitki və heyvan növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Hirkan Milli Parkının yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 9 fevral tarixli 81 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran və Astara rayonlarının inzibati ərazisində yaradılmışdır. Hal hazırda ərazisi 40358 hektardır.
Son illərdə Hirkan Milli Parkında idarəçiliyin zəif olması bəzi işçilərin vəzifə səlahiyyətlərindən sui istifadə etməsi, əmək funksiyasını layiqincə yerinə yetirə bilməməsi nəticəsində ağacların kütləvi şəkildə işlik material və oduncaq üçün qanunsuz olaraq məhv edilməsinin şahidi olurduq. Hirkan Milli Parkın ərazisində yerləşən bəzi kəndlərin sakinləri nadir ağac növləri olan ağcaqayın, cökə, fısdıq, palıd və digər ağacları kütləvi şəkildə qırmaqla Hirkan Milli Parkının tabeliyində olan həmin əraziləri özləri üçün iş yeri seçmişdilər. Ağır tonajlı yükdaşıyan texnikanın nəticəsində qanunsuz qırıntılar aparılan ərazilər bərbad vəziyyətdə idi. Daha dəqiq desək kütləvi qırıntı gedən həmin ərazilər hərbi təlim mərkəzlərini bizə xatırladırdı.
2016-cı ilin iyulun 1-dən Azər Mirzəyev Hirkan Milli Parkına direktor əvəzi təyin olunduqdan sonra birmənalı olaraq kütləvi qırıntının qarşısı alınmışdır. Onun rəhbərliyi və təşkilatçılığı sayəsində yaratdılan prinsipial idarəçilik sistemi nəticəsində təbiətin inkişafında yeni bir canlanma yaranıb. Bu danılmazdır ki, onun atdığı bu təqdirə layiq addımlar cəmiyyətimiz tərəfindən layiqincə dəyərləndirilir. Hətta bir çox vətəndaşlar qətiyyətlə bildirirlər ki, kaş Azər Mirzəyev Hirkan Milli Parkı yarandığı gündən onun rəhbəri olardı.
Son günlər Azər Mirzəyev və Hirkan Milli Parkın digər işçiləri ilə bağlı sosial şəbəkələrdə qoyulmuş tənqidi məqalələr və video materiallarla əlaqədar olaraq bir araşdırmaçı kimi aydınlıq gətirmək istəyirəm.
Bu məsələ ilə bağlı Hirkan Milli Parkın direktoru Azər Mirzəyevlə görüşdüm. O, Məni səmimi qarşılayaraq bildirdi:
“Təbiət cəmiyyətdə sağlam yaşamağımız üçün Allahın verdiyi bir nemətdir. Biz bu neməti dəyərləndirib onu bizə ata etdiyinə görə uca Yaradana şükür etməliyik. Həm də təbiət ulu əcdadlarımızdan bizə olan bir əmanətdir. Əmanətə xəyanəti nə Allah nə də bəndə bağışlar. Rəhbərliyə başladığım ilk gündən demişəm Hirkan Milli Parkı ərazisində ağac kəsən cəmiyyətin düşmənidir. Kök üstə yaş ağac kəsən məndən mərhəmət gözləməsin. Həmin şəxsə qarşı sərt olacağını bildirmişəm. Bununla əlaqədər heç kimin yanında üzü kölgəli deyiləm. Kollektiv qarşısında alnı açıq, üzü ağam. Qaldı ki sosial şəbəkələrdə mənimlə bağlı gedən yazılarla əlaqədar olaraq bildirirəm ki, mənim medya nümayəndələrinə qarşı münasibətim həmişə müsbət olub, çalışmışam ki hörmət və ehtiram göstərim. Çünki jurnalist peşəsi çox şərəfli, ləyaqətli və işgüzar bir peşədir. Bu peşəyə yiyələnən şəxs səbirli, zehinli, düşüncəli və zəkalı olmalıdır. Özünü dəyərləndirməyi bacarmalıdır. Hər atdığı addımları fikirləşməlidir. Yazılarında, araşdırmalarında qərəzsiz, vicdanlı və obyektiv mövqe tutmalıdır. Öz şəxsi maraqlarını cəmiyyətin maraqları kimi medyada işıqlandırmamalıdır. Yazıları cəmiyyətin mənafeyinə xidmət etməlidir. Amma əsil həqiqət budur ki, bəzi medya nümayəndələri öz şəxsi maraqlarını cəmiyyətin maraqları kimi qələmə verərək sosial şəbəkələrdə idarə rəhbərlərinə qarşı özünü “qəhraman” kimi qələmə verir. Lakin o bilməlidir ki, elin gözü tərəzidir.
Bəzi media işçilərinə üzümü tutub deyirəm ki, həmin məqalələri yazanda vicadınını və Uca Yaradanı niyə yadına salmadın? Mən yenə qətiyyətlə bildirirəm bu idarənin qapısı cəmiyyət üçün önəmli olan informasiya almaq üçün gələn sağlam düşüncəli medya nümayəndələrinin üzünə həmişə açıqdır. Əgər hər hansı medya nümayəndəsi Hirkan Milli Parkı ərazisində qanunsuz ağac kəsmək barədə məlumatı varsa şəxsən mən hər zaman onunla birlikdə həmin məlumatı araşdırıb dərhal qanuna müvafiq tədbir görməyə hazıram.”
Mənim məqsədim Hirkan Milli Parkın direktoru Azər Mirzəyevi və digər işçiləri müdafiə etmək deyil. Əgər kimsə qanunu pozubsa qanun qarşısında cavab versin. Xatırlatmalıyıq ki, şah qanun deyil qanun şahdır. Sadəcə olaraq qarşı tərəfin fikrini bildirirəm.
Hazırladı: Zahid Səmədov