Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə həsr olunur. Müdriklər demişkən: “Xalq üçün, vətən üçün yaşanan ömür, əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səf etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insalardan biri də sözün həqiqi mənasında gözəl insan Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səadət Əliyevadır. Bu xanım vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir. Səadət xanım Əliyeva yüksək təcrübəli, qabiliyyəti olan Hippokrat adına sadiq olan bir həkimdir. Bütün bunlar bir daha yaxı günlərdə apardığımız jurnalist araşdırmasında öz müsbət nəticəsini göstərdi. Prezident İlham Əliyevdən nümunə götürən Səadət xanım böyüklüyü onun sadəliyinidə və insanlara insani münasibətindədir. Səadət xanım heç zaman mənəm-mənəm deməyib. O, sadəcə öz vəzifəsini yüksək səviyyədə yerinə yetirib. Səadət xanım günü bü gündə rəhbərlik etdiyi Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının təcrübəli həkim kollektivi ilə xalqın keşiyindədir.
ulusestv.az