Hər bir xalqı dünyaya tanıdan amillərdən biri həmin xalqın elmi inkişafıdır. Biz, elm işçiləri olaraq, öz növbəmizdə xalqımızın elm sahəsində inkişafı qarşıdan gələn 2018-ci ildə də əlimizdən gələni etməyə davam edəcəyik. Elmin inkişafında atılan hər bir addım gələcək nəsillərə tövhədir. Ölkə prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqəti və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində Azərbaycan elm sahəsində olan uğurları bütün dünyaya tanıdıldı, böyük bir inkişaf yolu keçdi. Vəzifəsindən asılı olmayaraq, hər bir elmi işçi öz fəaliyyətini bu prinsiplər əsasında quraraq, böyük nailiyyətlər əldə edir.
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu olaraq bütün elmi işçilərini və o cümlədən bütün Azərbaycan xalqını Yeni il və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, 2018-ci ildə xalqımıza bolluq, firavanlıq, əmin-amanlıq və hər zaman inkişaf etməsini, çiçəklənməsini arzu edirik!
Bayramınız mübarək!
Vahid Fərzəliyev — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru[b][/b]