Biləsuvar şəhərindəki Heydər Əliyev prospektində qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün inşa olunan 48 mənzilli binanın tikinti işlərinin 70 faizi artıq görülüb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan 4 mərtəbəli binanın tikintisinə ötən ilin sonlarında başlanılıb. Artıq “B” blokunda hörgü işləri tam başa çatıb. “A” blokunda isə 3-cü mərtəbənin örtüyü bağlanılır. Bu işlərlə yanaşı, binanın daxilində elektrik xətləri çəkilir, suvaq işləri və arakəsmələrin hörgüsü aparılır, pəncərələr quraşdırılır. Həmçinin binanın dam örtüyünün vurulmasına hazırlıq görülür.
Yaşayış binasının bu ilin avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulub.