Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ-2106" ilə "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.