Bir neçə gündür Minskdə baş verən kütləvi iğtişaşların təşkilatçıları saxlanılıb.
Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, saxlanılanlardan birinin Belarus otelinin 17-ci mərtəbəsində bir otaq icarəyə götürdüyü, oradan aksiyaçıları istiqamətləndirdiyi müəyyənləşib.
Bildirilib ki, həmin şəxs tabeçiliyində olan 3 nəfərə nəzarət edib. Onlar da öz növbəsində yüzlərlə adama başçılıq ediblər.