Rusiyanın Monqolustan ilə sərhədində baş verən zəlzələ səbəbilə Kızıl şəhəri daxil olmaqla Tuva Respublikasının altı bölgəsində fövqəladə vəziyyət elan edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib. Hazırda yerli səlahiyyətlilər obyektlərdə dəyə biləcək mümkün zərərləri araşdırırlar.
Qeyd edək ki, 12 yanvar gecəsi Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi, 6.5 bal gücündə yeraltı təkanların qeydə alındığına dair məlumat yayıb. Yeraltı təkanlar Monqolustanda, Tur qəsəbəsindən 34 kilometr aralıda, on kilometr dərinlikdə qeydə alınıb. İrkutsk sakinləri zəlzələnin təkanlarını hiss ediblər.
Xatırladaq ki, keçən ilin dekabrında İrkutsk yaxınlığında 5.5 bal gücündə zəlzələ baş vermiş, 20-yə yaxın məktəb və sosial müəssisə müxtəlif dərəcəli zərər görmüşdü.