Qananın Mərkəzi vilayətində mədənin çökməsi zamanı azı üç nəfər həlak olub.
Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir.
Məlumata görə, insident Breman yaşayış məntəqəsində baxımsız mədəndə baş verib. Mədənin dərinliyində qırxdan çox insanın olduğu ehtimal olunur.
Xilasedicilər qanunsuz yolla qızıl axtarışında olan insanları və ya onların cəsədlərini tapana qədər xilasetmə əməliyyatı davam etdirəcək.