Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tvitter hesabında paylaşılıb.
“Kamçatkada Kuril gölü ərazisində göyərtəsində turistlər olan Mİ-8 helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və doğmalarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.