“Rusiyanın Sretensk rayonunda sərnişin avtobusu qəzasında onlarla sərnişinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi”.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər veirr ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tvitter səhifəsində məlumat yayıb.
“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və qəzada yaralanan və xəsarət alanların tezliklə sağalmasını arzu edirik”,- deyə paylaşımda qeyd olunub.