
Türkiyənin Manisa vilayətinin Soma rayonunda mədənin çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, çökmədən sonra itkin düşən daha 3 mədənçinin cəsədi tapılıb.
Bundan əvvəl hadisə zamanı 2 nəfər həyatını itirmişdi.
Manisa Valiliyi axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını açıqlayıb.
Valiliyin məlumatında həlak olan mədənçilərin ailələrinə və həmkarlarına başsağlığı verilib.