Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.
Bildirilir ki, “Mirage F1” qırıcısı təlim uçuşu zamanı texniki nasazlıq üzündən qəzaya uğrayıb. Pilot vaxtında katapult edə bilib.
Qəza ölkənin şimalında baş verib.