ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri saxlanılıb.
Dörd nəfər gənc Nyu-York ştatında yerləşən İslamberq qəsəbəsinə hücum hazırlamaqda ittiham olunur.
Onlar Roçester şəhərində tutulub. Axtarış zamanı gənclərdə kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlanıb.
Qeyd edək ki, İslamberq qəsəbəsinin əsası ötən əsrin 80-ci illərində Tompkins şəhərində pakistanlı Mübarək Əli Cilani tərəfindən qoyulub.
Oxu.Az