İki gündür İstanbulda müşahidə olunan dumanlı hava şəraiti nəqliyyat vasitələrinin işində çətinlik törədir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, duman səbəbindən su nəqliyyatının fəaliyyəti dayandırılıb.
Axşam saatlarında duman daha da qatılaşdığı üçün görmə məsafəsi azalıb.
Bu vəziyyət Atatürk və Sabiha Gökçən hava limanlarında uçuşların gecikməsinə və təxirə salınmasına səbəb olub. Bəzi təyyarələr İstanbula yaxın bölgələrdəki hava limanlarına yönləndirilir.
Hazırda şəhərdə dumanlı hava şəraiti davam edir.