“Efiopiya Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən Britaniya vətəndaşlarının sayı 9-a çatıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ilkin məlumatlarda təyyarədə 7 Britaniya vətəndaşı olduğu qeyd olunsa da, sonradan bu rəqəm 9-a çatıb.
Qeyd edək ki, “Efiopiya Hava Yolları” şirkətinin təyyarəsi paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.