İngiltərə Parlamentində deputatlar Avropa Birliyindən ayrılmaq üçün səkkiz fərqli variantları olan səsverməyə qatılıblar.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Brexit” üçün keçirilən səkkiz fərqli ssenarinin heç biri səsvermədə kifayət qədər səs çoxluğu qazanmayıb.
Variantlar arasında Avropa İttifaqından müqaviləsiz ayrılmaq, Gömrük İttifaqında qalmaq, “Brexit”in ləğv edilməsi ya da əldə olunacaq razılıq üçün referendum keçirilməsi kimi təkliflər olub.