Gürcüstan Xalq Müdafiəçisinin (Ombudsman) və onun aparatının yerli özünü idarəetmə orqanlarında milli azlıqların iştirakının genişləndirilməsinə dair tövsiyələri ilə əlaqədar ölkədə effektiv addımlar atılmayıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstan Xalq Müdafiəçisinin (Ombudsman) 2018-ci il üçün hesabatında yer alıb.
Hesabatın azərbaycanlılarla bağlı hissəsində deyilir ki, Gürcüstanın Marneuli rayonunda azərbaycanlılar sıx yaşamalarına baxmayaraq, onların yerli idarəetmə orqanlarında təmsilçiliyi çox aşağı səviyyədədir.
Marneulidə milli azlıqların nümayəndələri özlərinə aid məsələlərin həllində istənilən və tələb olunan səviyyədə iştirak etmirlər.
Hesabatda, həmçinin vurğulanıb ki, milli azlıqlara məxsus mədəni irs abidələrinin qorunması sahəsində bəzi tədbirlər həyata keçirilsə də, bu sahə ilə bağlı tövsiyələrin hamısı yerinə yetirilməyib.