Rumıniya Prezidenti Klaus Yohannis mayın 26-da - Avropa Parlamentinə seçkilərlə eyni gündə referendumun keçirilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən Rumıniya vətəndaşları “Siz korrupsiya cinayətlərinə görə amnistiyanın qadağa olunması ilə razısınızmı” və “Hökumətin müstəqil olaraq cinayət, cəza və məhkəmə prosesinin təşkili ilə bağlı qərarlarına qadağa qoymaq və Konstitusiya məhkəməsinə hökumətin qərarını ləğv edilməsi səlahiyyətinin verilməsi ilə razısınızmı” suallarına “bəli” və “xeyr” cavabı verməlidirlər. Referendum iqtidar və müxalifət partiyaları arasında antikorrupsiya mübarizəsi ilə bağlı fikir ayrılığına son qoyacaq.