Moldovada 2018-ci ildə cinsi xarakterli 611 cinayət törədilib. Nəticədə 115 şübhəli şəxs həbs cəzasına məhkum edilib.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun statistikasında bildirilib.
Hazırda Moldovanın cəzaçəkmə müəssisələrində cinsi zorakılığa görə 1899 nəfər cəza çəkir. Bu da ümumi cəza çəkənlərin beşdə biridir.