Tereza Mey bu gün Böyük Britaniyanın hakimiyətdə olan Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk edəcək.
ulusestv.az Oxu.Az istinadən xəbər verir ki, partiyanın yeni lideri bəlli olmayana qədər T.Mey Birləşmiş Krallığın baş naziri vəzifəsini icra etməyə davam edəcək.
62 yaşlı siyasətçi postunu tərk etməsi haqqında qərarı mayın sonunda elan edib. Bu addıma səbəb Britaniya ilə Avropa Birliyi arasında Brexit-in şərtləri barədə razılığın əldə olunmamasıdır.
Qeyd edək ki, T.Mey Mühafizəkarlar Partiyasına 1061 gün müddətində başçılıq edib.