Çinin Cainsi vilayətinə səyahət avtobusunun idarəetməni itirərək yol kənarındakı maneələrə çırpılması nəticəsində 5 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Digər sərnişinlər yüngül xəsarət alıblar.
AZƏRTAC vilayətin hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, qəza vaxtı avtobusda 53 nəfər olub.
Qəza Şanxay-Kunmin avtomagistralının Şanrao şəhərindən keçən hissəsində baş verib.