Hindistanın qərbində, Puna şəhərində 23 metr hündürlüyə malik daş hasarın aşması nəticəsində ən azı 16 fəhlə ölüb.
Bu barədə TASS “Associated Press”ə istinadən xəbər verir.
Agentliyin məlumatına əsasən, çoxmərtəbəli binanın ətrafında uçaldılmış hasarın dağılmasına səbəb musson yağışları olub.
Xilasetmə işləri davam edir. Dağıntılar altında qalanların olduğu bildirilir.