ABŞ-ın Pensilvaniya ştatındakı uşaq bağçalarından birində baş verən yanğında 5 uşaq həlak olub.
CBC NEWS-un yerli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, hadisə avqustun 11-i, bazar günü Erie şəhərində baş verib.
Ölən uşaqların ən kiçiyi 8 aylıq olub, onlardan ən böyüyünün 7 yaşı vardı.
Hadisə nəticəsində iki yaşlı insan da zərər çəkib, onların arasında bağçanın sahibi də var.
Yanğının səbəbləri barədə heç bir məlumat verilmir. Hazırda polis hadisənin baş vermə səbəblərini müəyyənləşdirir.