Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, Alma-Atı hava limanından qalxan layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. Azı 7 nəfər ölüb. Təyyarənin göyərtəsində 95 sərnişin, 5 heyət üzvü olub.
Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları göndərilib.
***
Qəzada ölənlərin sayı 9 nəfərə çatıb. Onlardan 6-sı uşaqdır.