Puerto-Riko sahillərində 6 bal gücündə zəlzələ olub. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətindən məlumat verilib.
Zəlzələ Bakı vaxtı ilə saat 16:54 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Quayyanilya bələdiyyəsindən 14 kilometr cənubi-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.