Qazaxıstanda koronavirusa yoluxan 453 nəfərin 28-si tibb işçisidir.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov açıqlama verib:
“Karantin müəssisələrində işlədikləri üçün koronavirusa yoluxan tibb işçilərinin sayı 28-ə çatıb”.
O bildirib ki, bu günə qədər ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib. 29 nəfər isə müalicə olunaraq xəstəlikdən sağalıb.
Qeyd edək ki, martın 16-dan etibarən Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.