Çinin Hubey əyalətində koronavirusa yoluxmuş 2222 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat verib.
Açıqlamada deyilir ki, əyalətdə ümumilikdə 31728 nəfər koronavirusa yoluxub.
Sutka ərzində əyalətdə 2097 yeni yoluxma faktı qeydə alınıb ki, onlardan da 1552-si yalnız virusun mərkəzinə çevrilmiş Uhan şəhərinin payına düşür.
Tibb işçilərinin məlumatına görə, Çinun Hubey əyalətində koronavirusdan ölənlərin ümumi sayı 974-ə çatıb.