Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 239 nəfər artaraq 4283-ə çatıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 55-ə çatıb. Ümumilikdə 1791 pasiyent müalicə olunaraq sağalıb.
2415 xəstənin müalicəsi davam etdirilir, 39 005 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.