27.Dekabr.2020-ci il tarixdə Respublikamızın müxtəlif bölgələrindən olan coğrafiya müəllimlərinin,çağdaş dünyamızda, coğrafiya fənninin tədrisi və qarşıda duran problemlərin həlli yolları barədə onlayn görüşü keçirilmişdir.
Görüşü ilk olaraq AMEA-nın Coğrafiya İnstitutunun elmi işçisi Elvi Soltanov açdı.Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra,tədbir iştirakçıları, Vətən müharibəsində iştirak edən coğrafiya müəllimlərinin yüksək döyüş əhval-ruhiyyəsi,Azərbaycan Respublikasının Şanlı ordusunun zəfərini,xüsusi qeyd etməklə,müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq ünvanladılar.
Görüşün təşkilinin əsas məqsədi,coğrafiya elminin dünyəvi əhəmiyyəti,dünya iqtisadiyyatında onun əvəzedilməz rolu,o cümlədən Respublikamızda coğrafiya fənninin orta məktəblərdə tədrisində diqqət yetirilən mühüm sahələr,onun fiziki və iqtisadi baxımdan, hətta hərbi əhəmiyyətə malik olan bir elm olması qeyd edilmişdir.Bununla yanaşı görüşdə bir neçə məsələnin də müzakirəsi nəzərdə tutulmuşdu.Müzakirə olunacaq məsələlərə,distant dərslərin təşkili və metodlar,ll qrupdan ixtisasların çıxarılmasının coğrafiya fənninə təsiri,Sinqapur təhsil modeli və s.daxil edilmişdir.
Adı çəkilən məsələlər haqqında,pedaqoji elmlər namizədi,BDU-nin Azərbaycan coğrafiyası kafedrasının dosenti Nərminə Seyfullayeva,BDU-nun Coğrafiya fakültəsinin “Fiziki coğrafiya “ kafedrasının müəllimi coğrafiya üzrə fəlsəfə doktoru Şəfiqə Hümbətova,əməkdar müəllimlərdən Məhəmmədəli Rəsulov,Şərafət Hüseynli,Əli Həsənov çıxışları dinlənildi. Çıxışlar zamanı,müəlimlər,Azərbaycan Respublikasının Coğrafiyasının müstəqil fənn kimi tədris olunmaması,ölkəmizə aid coğrafi biliklərin dırsliklərdə bölmələr daxilində verilməsindən rahatsız olduqlarını vurğuladılar. Ali məktəblərə qəbulda ll blok üzrə “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” kimi ixtisasların çıxarılıb lll bloka keçirilməsi,və lll blokda coğrafiya üzrə qəbul imtahanının olmaması fikri müzakirə zamanı səsləndirildi və bu qərarın gələcəkdəki fəsadları haqqında danışıldı Distant təhsilin aparılması tədris zamanı qarşıya çıxan çətinliklər tədbir iştirakçıları tərəfində qeyd edildi.Bu barədə, “Zəngi” liseyinin coğrafiya müəllimi “Tərəqqi” medallı Xəyalə Veysovanın çıxışı dinlənildi. Tədbirin sonunda bu məsələlərlə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət ünvanlandı. Ümumiyyətlə,coğrafiya elminin dünyəvi elm olması,ölkəmizin siyasi və iqtisadi baxımdan yüksək inkişafı naminə bu elmə münasibət müsbət mənada dəyişilməlidir.Yaxşı olardı ki,uzun illər həsrətində olduğumuz ,işğaldan azad olunmuş Qarabağın coğrafiyasının ayrı bir fənn kimi tədris edilməsi üçün lazımi şərait yaradılsın. Ümidvarıq ki,qaldırılan məsələlərə,əlaqədar təşkilatlar diqqətlə yanaşmaqla coğrafiya fənninin tədrisinə müasir tələblər səviyyəsində qurulmasına lazımi qayğı göstərəcəklər.
Soltanağa Cəfərov
AJB-nin üzvi,bölgə müxbiri
Coğrafiya fənni üzrə ali dərəcəli müəlim,ali dərəcəli metodist