Deyirlər “ot kökü üstə bitər”.Bəli,doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Masallıda yaxşı tanınan bir coğrafiyaçı ailəsi haqqında yazmağı özümə borc bilirəm.
Soltanağa Cəfərov- Rayon təhsil işçiləri arasında,özünün elmi-savadı,coğrafiya fənninə aid bir neçə kitabın müəllifi,rayon müəllimlərinin metodiki cəhətdən hazırlığına ömrünün 50 ilini həsr etmiş bir ziyalı.
Famil Cəfərov- Coğrafiya fənni üzrə bakalavr,magistratura,doktorantura və coğrafiyaya yaxın iqtisadiyyatın idarə edilməsində yüksək əmək sərf edən,bir neçə kitabın və xarici ölkələrdə dərc edilmiş elmi məqalələrin müəllifi.
Fərəc Cəfərov- coğrafiya fənnini yüksək səviyyədə müasir təlim texnologiyaları ilə tədris etməklə,coğrafiya fənninə aid bir neçə metodiki tövsiyələrlə çıxış edən,şagirdlərinin səsi coğrafiya ixtisası üzrə respublikanın nüfuzlu ali məktəblərindən gələn ,şagirdləri Respublika fənn olimpiadalarında qalib çıxan bacarıqlı,təcrübəli və yüksək coğrafi biliyə malik müəllim.
Rövnəq Cəfərov- Vlll sinif şagirdi olsa da lX sinif şagirdləri arasında Respublika fənn olimpiadalarının final mərhələsində coğrafiya ixtisası üzrə qalib olan nümunəvi bir şagird.
Bunları sadalamaqda məqsədimiz Respublika Fənn Olimpiadasının final mərhələsində yüksək bilik nümayiş etdirib qalib çıxan Rövnəq Cəfərovu Masallı rayonu Sığıncaq kənd tam orta məktəbinin pedaqoji kollektivi adından təbrik edir,ona yeni-yeni uğurlar arzulayırıq.Bununla yanaşı, Cəfərovlar ailəsini təbrik edirik. Biz inanırıq ki,Rövnəqin gələcək uğurları daha yüksək olacaqdır.
Bizdə "UlusesTv.az" redaksiyası olaraq Rövnəq Cəfərovu qazandığı uğuruna görə kollektivimiz adından təbrik edirik, ona gələcəkdə uğur, qalibiyyət və zəfər diləyirik.
Ramil Həsənov –Masallı rayon Sığıncaq kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini
UlusesTv.az