Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbərinə görə, o, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.
“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, - deyə o əlavə edib.
Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:
“10 gün öncə Tramp “ABŞ Suriyadan çəkilməlidir”, - deyirdi.
Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.