Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 103 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk Ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, funksiya və səlahiyyətləri müəyyən edilmişdir.
Bir neçə ildir ki ədliyyə işçiləri ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu bayram ədliyyə sistemində yeni ənənələrin əsasını qoymuşdur. Hər il peşə bayramında ədliyyə işçiləri müstəqil Azərbaycan dövlətinin banisi və müasir hüquq sisteminin müəllifi olan ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edir, onun əziz xatirəsini yad edərək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər. Peşə bayramında bütün Ədliyyə sistemində əsl bayram əhval-ruhiyyəsi yaşanır, işçilərdə böyük mənəvi stimul, cəmiyyətdə isə Azərbaycan Ədliyyəsinə, onun fəaliyyətinə rəğbət yaranır. Dövlət başçımızın bilavasitə rəhbərliyi ilə həyata keçirilən dinamik iqtisadi inkişaf ölkəmizi regionun lider dövlətinə çevirmiş, Azərbaycan dünyada analoqu olmayan inkişaf sürətinə nail olmuşdur.
Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-dən başlayanVətən müharibəsi düşmənin acı məğlubiyyəti, 30 ilidi işğal altında qalan Qarabağın və ətraf rayonların azad olunması ilə başa çatdı. Bir sözlə, beynəlxalq təzyiqlərə baxmayaraq, haqq savaşımız Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə yekunlaşdı. Başqa sözlə desək, “Dəmiryumruq” əməliyyatı noyabrın 10-da Ermənistanı üçtərəfli bəyanata imza atmağa məhkum etdi. Bununla da Azərbaycan tək müstəqillik deyil, son bir neçə əsrlik tarixinin ən böyük qələbəsini qazandı.İtirdiyimiz torpaqlarımızla yanaşı, qürurumuzu, şərəfimizi də geri ala bildik. İndi bütün qara ləkələrin silindiyi tərtəmiz bir təqvimə də sahibik.
Bu gün də ölkəmizdə ədliyyə sisteminin dinamik inkişafı barədə ürəkdolusu danışmaq olar. Amma builki peşə bayramımız ölkəmizin həyatında silinməz iz buraxan elə bir tarixi şəraitə təsadüf edir ki, bu əlamətdar hadisə ilə əlaqədar daha ətraflı söhbət açmamaq mümkün deyil. Bu, 30 il ərzində işğal al¬tında qalan torpaqlarımızın düşməndən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpası – Qarabağ savaşında böyük Qələbənin bəhrəsidir.
Bəli, biz İkinci Qarabağ savaşının ikinci ildönümünü yaşayırıq. Xalqımız bu möhtəşəm Zəfərin hər gününü özünəməxsus formada qeyd edir. Şübhəsiz, bu qələbədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqımızla birgə atdığı müdrik addımları önəmli rol oynadı. Belə ki, müharibənin davam etdiyi 44 gün ərzində Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, siyasi masalarda əsil diplomatnümunəsi ortaya qoydu, bütün təzyiqlərə sinə gərərək ölkəmizin haqq səsi oldu.Bəli, bu möhtəşəm Zəfər yürüşündə xalq-ordu, xalq-Prezident birliyi mühüm rol oynadı. Müharibənin gedişində isə xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Belə ki, ölkəmizin bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, könüllü olaraq ön cəbhəyə can atdılar. Nəticədə, ön və arxa cəbhələrdə mükəmməl birlik yarandı. Bəli, məhz bu birlik sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, bölgədə yeni reallıqlar yaratdı. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə mərdliklə iştirak edərək vəzifə borclarını şərəflə yerinə yetirərək şəxsi igidlik göstərdiklərinə görə ədliyyə işçiləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək dövlət təltiflərinə layiq görülmüşdürlər.
Mən bir ədliyyə işçisi kimi fəxr edirəm ki, bu proseslərdə mənsub olduğum qurumun da payı vardır. Belə ki, Ali Baş Komandanın ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirən yüzədək ədliyyə və məhkəmə orqanlarının işçiləri hərbi xidmətə, o cümlədən könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstərdilər. Əməkdaşlarımız könüllü qanvermə aksiyasında fəali iştirak etdilər.
Bəli, indi azad olunmuş bütün ərazilərimiz nəhəng tikinti və quruculuq meydanına çevrilib. Ulu Öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısının rəhbərliyi ilə doğma torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir, bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə mühüm layihələr gerçəkləşdirilir. Möhtərəm Prezidentimizin həmin ərazilərə mütəmadi səfərlər etməsi, yeni obyektlərin açılışları Qarabağın dirçəlməsinə öz danılmaz töhfəsini verməkdədir. Bu mənada
Qarabağımızın yenidən cənnətə çevriləcəyi, bu bölgəyə dünyanı heyrətə salacaq yeni həyat bəxş ediləcəyi gün heç də uzaqda deyil. Bütün bunlar da Azərbaycanın nə qədər güclü və qüdrətli dövlət olması¬nı bir daha təsdiqləyəcək. Şübhəsiz, bu günlərdə peşə bayramlarını, daha doğrusu, noyabr ayının 22-də yaranmasının 103-ci ildönümünü qeyd edəcək ədliyyəmiz Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməkdə davam edəcək. Yeri gəlmişkən qeyd edim ki, Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyi illərində ədliyyə sistemimizin yenidən qurulması və gücləndirilməsini daim diqqətdə saxla¬yıb. Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində isə ədliyyəmiz daha da inkişaf edib, bu sahədə idarəçilik me¬xanizmi müasirləşdirilib.
Biz ədliyyə işçilərinin builki 103-cü peşə bayramımızı belə zəfərli günlərdə qeyd etməyimiz bizim üçün ikiqat sevinclidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi vəzifə və vətəndaşlıq borcu sayırıq.
Fürsətdən istifadə edərək başda Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla, respublikamızın bütün ədliyyə işçilərini 103-cü peşə bayramı münasibətilə təbrik edir, öz şərəfli vəzifələrində qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.
Lətafət Hacıyeva
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi