• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

PAYIZ ÇÖHRƏLİ ZƏFƏR YAZI

gundem / medeniyyet / manset

22-09-2022, 16:26

PAYIZ ÇÖHRƏLİ ZƏFƏR YAZI
Hələ min illər əvvəl Şaman fəlsəfəsində şəxsiyyətin fəallıq aspektləri geniş müzakirələrə səbəb olub... İnsanlar (bəzən) bu ali dəyərin məqsədinə vara bilməsələr də, zərrəvi həqiqətləri günün reallığı hesab edib, özlərinin cəmiyyət işində hansı önəm daşıdıqlarını bilməyiblər. Bu da o dövr üçün səciyyəvi olan ibtidai fikirdə itib-batmaq təhlükəsi yaradıb. Lakin zaman keçdikcə şəxsiyyət kodeksi daha çox diqqət çəkdiyi üçün insanlar ali fikirlərə meyl edib, ictimai düşüncə ibtidaidən çıxıb...
Açığı, (biz) parlaq istedadlı şair Tapdıq Əlibəylinin 2021-ci ildə “Elm və təhsil” mətbəəsində işıq üzü görmüş “Payız çöhrəsində yazdı 44 gün” kitabını oxuduqdan sonra bu qənaətə gəldik. Kitabdakı şeirlər (bəlli olduğu kimi) 2020-ci ilin 44 günlük tarixi həqiqətlərinə zəmin verir. Əsas leytmotivi (vahid süjet xətti) “Qarabağ Azərbaycandır!” şüarı olan bu kitabda vətənpərvərlik duyğusu, Vətən hissi bədii zərurətlərdən daha çox fəlsəfi çırpıntı doğurur; yəni (kitab boyu) poetik ruh eyni ləngərdə olsa da, müəllif ovqatını aşkar-sətiraltı ruhda cilalayıb, otuz ilin həsrət yanğılarını bir vətəndaş münasibətinin sədaqəti, əzmi və şücaəti ilə ehtiva edib. Zənnimizcə, (adıçəkilən kitabda) oxucunu acı hislər qoynunda çırpındıran da ən çox elə bu nüansdır. Maraqlıdır ki, Tapdıq Əlibəyli (bu kitabda) adi istəklə deyil, zorla təmin olunan azadlığı vəsf edib, işğala məruz qalmış yurdlarımızı, əsir və itkin düşmüş insanlarımızı, torpaq uğrunda canlarından keçmiş qeyrətli oğullarımızı 44 günün fərəhi qədər işıqlı göstərib. Belə deyək, müəllif oxucuya əzabı bir qədəh mey kimi içmək, hərfən və mahiyyətcə fərqli ideyalarda bərqərar olan zəfəri mənəvi və emosional dərk etmək şansı verib. Kitabdakı şeirlərin hamısında insanın taleyi özünə tabe etmək və yaxud (onu) dəyişdirə bilmək zərurəti var. Həmçinin, burada klassika, nostalji hiss eyni müstəvidə, fəqət başqa anlamlarda cərəyan edir. Əslində, bu təlatüm doğuran harayın içində doğru bir tövsiyyə (də) diqqət çəkir; insanı, insanlığı, torpağı, bütöv halda Vətəni qorumaq üçün nəsil-nəsil çırpınmalıyıq. Çünki illər qanadsız ilğımlar kimidir, qəfil qeyb olurlar...
Əlbəttə, (yuxarıda dediyimiz kimi) kitabın poetik-ictimai süjeti şəxsiyyət fəallığı, bütöv bir epoxanı dəyişən yenilməz İnsan qüdrətidir... Nümunələrə diqqət edək:

Xilaskar Ordunun çarpan ürəyi,
Millətin, dövlətin məslək-diləyi.
Zəfərə aparır qətiyyət, səyi,
İlham Heydər oğlu - Şanlı Sərkərdə!

*
“Əsgər duası”nın sözündə kəsər:
“Minarələr süngü, qübbələr miğfər...”
Ucaldı haqq səsi: Allahu Əkbər!
Müzəffər millətə əsgər Ərdoğan!

*
...Yağı qıfılına Ordumuz açar,
Məğlub aqibətə işğalçı düçar.
Qəsbkar erməni boğulur naçar,
Sevinc göz yaşında Azərbaycanın!

Bu şeir parçalarında müəllif sevən, sevilən, həyata ayıq gözlə baxan İNSAN obrazlarına səcdəlik haqqı verir. Bu haqq öz fəlsəfi mənasını “...Yağı qıfılına Ordumuz açar” prizmasında tapır. Buradan belə anlayırıq ki, oxucuda yüksək həyat eşqi, real vətəndaşlıq hissi yaratmaq şairin ən ümdə vəzifələridəndir, onun (kitab boyu) lirik hədəfi bu ali duyğudur. Doğrudan da, xəyanətkar olduğu üçün “işğalçı məğlub aqibətə (həmişə) düçar” qalır. Bu ədəbi xarakteri aşağıdakı misralar çox dəqiq və sərrast açır:

...Allahın da xoşu, həvəsi gəlir
“İrəli” marşından Azərbaycanın!

Elə bu marş sədaları ilə Azərbaycan 44 gündə öz gerçəyini sübuta yetirdi. Müəllif bununla (sətiraltı) demək istəyir ki, güc kimdədirsə, zəfər də ondadır...
Heç şübhəsiz, Tapdıq Əlibəyli öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Məsələn, o, işğalçını da, işğal acılarına məruz qalanı da eyni cəmiyyətdə pərvəriş tapmaq səadəti ilə xarakterizə edir, dostluqla düşmənçiliyi eyni duyğu ilə cilalayır, lakin humanist olmağın əngəllərini də aşkar göstərir.
Səmimi deyək ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabında qabarıq həyat eskizləri var və müəllifin poetik təəssüratı məxsusi olaraq bu amillə səciyyələnir. Buradakı şeirlər ləyaqət və insanpərvərlik duyğularının bədii ehtivası qədər səciyyəvidir, səmimi koloritdə öz ifadəsini tapır.
Kitabda emosiya doğuran, həm də çılğın hislər yaradan siyasi ovqat da seysmik təsiri ilə diqqət çəkir:

...“İti qovan” toy tutur,
Oyna, Paşinyan, oyna!

Bu gülüş və sarsıntı doğuran misraları şairin ölkə rəhbərinə şamil etdiyi saf, səmimi və təmiz duyğular parça-parça edir:

Ali Baş Komandan - Ali Baş Əsgər,
Qarabağ uğrunda hər kəs səfərbər.
Əsgərə komandan, xalqına rəhbər, -
İlham Heydər oğlu - Şanlı Sərkərdə!

Bu şeirdə və bu tipdə digər Vətən ruhlu ədəbi komponentlərdə müəllif (haqlı olaraq) diqqətə çatdırır ki, yüksək idarəçilik bacarığı dövlətin idarə olunmasında əsas faktordur. Bu qəti bacarığa malik olduğu üçün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün böyük əsaslar əldə edib. Daha doğrusu, dövlət quruculuğu, torpaqlarımızın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər, Azərbaycanın dünyada söz sahibi olması və s. ölkə prezidentinin fəaliyyət strategiyasında son məqsəd deyil.

...Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki, bitməyib son döyüş, savaş...

Bu harayın ehtivası nəhayət ki, 2020-ci ildə öz küləyini əsdirdi. Bu anlamda, Tapdıq müəllim (kitabda) əks hücum əməliyyatının başlanmasını populistcə yox, insanca araşdırıb, qeyrətli oğullarımızın öz canlarından keçmək əzmini fəlsəfi rakursda cilalayıb. Demək istəyib ki, bəlkə də, bir adam bütün həyatını digər bir insan uğrunda xərcləmək üçün doğula bilsin. Lakin Azərbaycan əsgəri bu qətiyyətə toplum halında imza atdı. Bu da o mənadadır ki, Allahın insan(lar)a verdiyi dəyər başqası üçün yaşamaq bacarığıdır, müəllifin xüsusi önəm verdiyi və yüz cür rəng sürtdüyü bu ədəbi salnamə hər kəsin həyat bələdçisi ola bilər.
“Payız çöhrəsində yazdı 44 gün” kitabında bəlkə də müəllifin əsas məqsədi göz önündə yaşanan tarixi həqiqətləri əks etdirmək deyil, əksinə, İlahi nurun fəzilətini ənam almış obrazların, onların bir çoxunun mərdanəliyinə işıq tutmuş yaradıcı insanların mübarək insan çöhrələrində həyatı, taleyi daha işıqlı göstərə bilməkdir. Bu da o anlama gəlir ki, Tapdıq Əlibəyli insan vurğunu, şəxsiyyət aşiqidir, ucalıq qayəsi aydın görünən qələm sahibidir. Biz onun kitabda adbaad sərgilədiyi obrazların əsl insan xislətini, yurd sədaqətini xoşovqat missiya kimi sezirik.
Tapdıq müəllim kitabın vətənpərvərlik kodunu əsgər paltarı (mundiri) kimi ifadə edib, bu şifrəni “Zəfər günümüzün... boyuna biçilib əsgər mundiri. Şəhidlər, qazilər, ər-qəhrəmanlar Geyinib əyninə şəstlə hər biri” fonunda (oxucuya) göstərib. Zaman aşırımları keçmək gücü olan bu kitabı diqqətlə oxuyanlara bəlli olur ki, ekstremal şərait həyatın ən dürüst çalarlarını aydın xarakterizə edir, çılğınlıq dərdi zəkasızlığa sirayət edən mövcud aləmdə insanın azacıq da olsa günah morfemindən bir qat üstdə duruş gətirməsi hazırkı reallığın bəlkə də üz tutula biləcəyi sadə dürüstlükdür. Bu rakurs həyata ruh ucalığı ötürmək missiyalıdır. Bu ideoqrfik zəmin oxucunu Vətən hissindən «uzaq» tutmur, əksinə onu hissi olaraq ikiləşmək qorxusundan «azad edir».
İnanırıq ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabı istedadlı şair Tapdıq Əlibəylinin növbəti yaradıcılıq uğurlarına (bir) körpü olacaq. Çünki bu kitabda israrçı fakta qəti bir tale baxışı var...

✍️ Hikmət Məlikzadə
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.

Oxunub: 230
Paylaş:
Digər xəbərlər

gundem / sosial / medeniyyet / ust / manset

28-01-2022, 13:20

Zəfər Günəşiylə şəfəqlənir dan... - Bayram Məmmədov yazır

gundem / medeniyyet / ust / manset

21-10-2021, 08:20

Tapdıq Əlibəyli: "Qəlbdən qələmə"

gundem / medeniyyet / ust / manset

20-10-2021, 11:47

Tapdıq Əlibəyli: "Qəlbdən qələmə"

gundem / sosial / medeniyyet

12-07-2021, 21:22

TAPDIQ ƏLİBƏYLİ ŞEİRİYYƏTİ - TORPAĞIN SƏSİ

gundem / sosial / medeniyyet / ust / manset

14-01-2021, 17:19

PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN

ULUSƏS TV
Baş redaktor Şamil Cəfərovun Prezident İlham Əliyevə təşəkkürü
Son xəbərlər
  • Bu gün, 10:33
    Bakıda “Ümumdünya Məskunlaşma Günü” Forumu keçirilir
  • Bu gün, 10:31
    Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb
  • Bu gün, 10:29
    Milli Depozit Mərkəzinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
  • Bu gün, 10:27
    Sabiq maliyyə rəisi apellyasiya şikayəti verdi
  • Bu gün, 10:25
    Xankəndidə erməni sakinlərlə görüş gözlənilir
  • Bu gün, 10:23
    Azərbaycan millisinin Qazaxıstanla oyunlar üçün heyəti açıqlandı - SİYAHI
  • Bu gün, 10:21
    “Barselona” 16 yaşlı futbolçuya bir milyard avro qiymət qoyub
  • Bu gün, 10:19
    Yarım milyon manatı mənimsəyən direktor yenidən hakim qarşısında
  • Bu gün, 10:16
    Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayır
  • Bu gün, 10:12
    Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
  • Dünən, 12:42
    Şəhid Vüsal Orucov Qusarda dəfn edilib
  • Dünən, 12:22
    IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb
  • Dünən, 12:13
    Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
  • Dünən, 12:10
    Baş prokuror: “İran tərəfi Fərid Səfərli ilə bağlı məsələyə bir daha baxacaq”
  • Dünən, 12:07
    Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
  • Dünən, 12:03
    Baş Prokurorluğun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 30-09-2023, 16:15
    MÜHARİBƏ ƏLİLLƏRİNƏ, VETERANLARINA PSİXOLOJİ-REABİLİTASİYA VƏ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ DƏSTƏK
  • 30-09-2023, 12:00
    DTX: “Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb”
  • 30-09-2023, 11:58
    XİN: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar tamamilə əsassız və absurddur”
  • 30-09-2023, 11:56
    Prezidentin xüsusi nümayəndəsi: “Şuşanın şəhər planı tərtib edilərkən fiziki görünüşü olduğu kimi qorunub”
  • 30-09-2023, 11:54
    Azərbaycan nefti ucuzlaşıb
  • 30-09-2023, 11:53
    BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”
  • 30-09-2023, 11:51
    Aydın Kərimov: “Azad olunmuş ərazilərin bərpası unikal bir keysdir”
  • 30-09-2023, 11:48
    Şuşa və Füzuli Hava Limanı yolunu birləşdirən şosenin istifadəyə veriləcəyi vaxt açıqlandı
  • 30-09-2023, 11:45
    II Azərbaycan Milli Şəhərsalma Forumunun ikinci günü başlayıb
  • 30-09-2023, 11:42
    Azərbaycanın media nümayəndələri Cəbrayıldadırlar
  • 30-09-2023, 11:39
    Yol polisi paytaxt sakinləri və sürücülərə müraciət edib
  • 29-09-2023, 22:11
    XIZIR BABA KİMDİR?
  • 29-09-2023, 08:33
    Yaponiya “Fukusima-1” AES-dən ikinci su partiyasını oktyabrda buraxacaq
  • 29-09-2023, 08:30
    Baytar ev heyvanlarında quduzluq virusunun əsas əlamətlərini sadalayıb
  • 29-09-2023, 08:27
    ABŞ Senatında rəsmi dres-kod bərpa edildi
  • 29-09-2023, 08:25
    “SpaceX” ABŞ Kosmik Qüvvələrini rabitə ilə təmin etmək üçün ilk müqaviləni bağlayıb
  • 29-09-2023, 08:23
    Kim Çen In Şimali Koreyanın nüvə silahı istehsalını artıracağını dedi
  • 29-09-2023, 08:21
    Avropada tərkibində mikroplastik olan bir çox vasitələr qadağan edilib
  • 29-09-2023, 08:19
    Plastiki parçalayan qurdlar tədqiq edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə