• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir

gundem / siyaset / ust / manset

17-11-2023, 16:30

Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri  vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir
Ədliyyənin yaranmasından 105 il ötür

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl işlər hər birimizdə fərəh hissi yaradır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 105 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə gəlib çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici haldır. Son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilmiş və nazirliyin üzərinə yeni vəzifələr qoyulmuşdur. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilmiş və onun hüquqi dövlət qurulucuğunda rolu artmışdır. Ədliyyə sistemi müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, mütərəqqi islahatlar aparılır, ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş 22 no­yabr – Ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur. 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib. Məhz buna görə də ulu öndər Heydər Əliyev həmin tarixi ədliyyə işçilərinin peşə bayramı kimi elan edib. Bu tarix təkcə ədliyyə işçiləri üçün deyil, eyni zamanda, bütün hüquqşünaslar üçün əlamətdardır.. Ölkəmizin ədliyyə sis­teminin inkişafı və təkmilləşdirilməsi daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olu­nan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir.  Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə inkişaf edən respublikamızda ədliyyə orqanları da davamlı inkişaf və müasirləşmə yolundadır. Ədliyyə orqanları hüquq sisteminin vacib bir hissəsi kimi qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir. Çox qürurvericidir ki,   bir çox ədliyyə işçiləri Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərlik çağırışına səs verərək Vətən müharibəsində iştirak üçün ordu sıralarına qoşulmuş, Vətənimizin müdafiəsinə yol­lanmış, döyüşlərdə qorxmazlıq nümayiş etdirərək, hər birimizin başını uca etmiş, mənfur düşmənə qarşı döyüşlərdə şərəf və şücaətlə mübarizə apararaq, torpaq­larımızın azadlığı işinə öz töhfələrini vermişlər. Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü artıq hər il xalqımızın şanlı qələbə sevinci ilə birgə qeyd olunur. Bu münasibətlə ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunaraq, xalqımızın Vətən müharibəsində zəfər yürüşünə, Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınaraq, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilir, vətən müharibəsi qəhrəmanlarının xatirəsi əbədiləşdirilir. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qaza­nılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.  Fürsətdən istifadə edərək bütün ədliyyə işçilərini, dəyərli həmkarlarımı  xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi 22 noyabr-peşə bayramları münasibəti ilə təbrik edir, onlara şərəfli işlərində yeni-yeni uğurlar arzulayıram. Qalib xalqın nümayəndəsi kimi biz ədliyyə işçiləri bu bayramı böyük qürur hissi ilə qeyd edirik.   Zəfər günlərini bizlərə yaşatdığına görə cənab Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçiririk.  Əminəm ki, əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə  və digər azadlığına qovuşan rayonlarımızda da Azərbaycan ədliyyəçilərinin fəaliyyəti çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər.                                                          
Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim ölkə başçımızın diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında açıq-aşkar hiss edərək qiymətləndirirlər.  2023-cü il oktyabrın 15–də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev müqəddəs Azərbaycan Bayrağını Ağdərədə, Xocalıda və Xankəndidə qaldıraraq xalqımıza 30 ildən çox səbirlə gözlənilən ən böyük müjdəni – tam qələbə xəbərini verdi.                                                      
Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz 2023-cü ildə milli dövlətçiliyimiz Prezident İlham Əliyevin hər incə detalına qədər düşünülmüş planı reallaşdırması nəticəsində əldə olunmuş Xankəndi Zəfəri ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil oldu.  22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi münasibətilə Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov başda olmaqla bütün ədliyyə işçilərini təbrik edirəm.  Ədliyyə işçisi olaraq bu şanlı tarixi bizə yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, çətin və şərəfli missiyasında böyük uğurlar arzulayıram. Qoy, bu tarixi günlərdə Azərbaycan Respublikasının suverenliyi uğrunda, haqq-ədalət uğrunda öz canını fəda etmiş şəhidlərimizin və bütün həyatını Azərbaycanın parlaq gələcəyi uğrunda çıraq kimi yandıran Ümummilli Lider Heydər Əliyevin əziz ruhları şad olsun! Qarabağ bizim əzəli torpağımızdır, bundan sonra da əbədi olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq!
 

Maral Həsənova
Nizami rayonu qeydiyyat şöbəsinin rəisi

Oxunub: 161
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

18-07-2023, 16:04

Ümummilli lider Heydər Əliyevin müasir Hüquq sisteminin formalaşmasında və Azərbaycan Ədliyyəsinin inkişafında xüsusi rolu

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 14:44
    Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
  • Bu gün, 13:38
    Peşəkarlıq və vətənpərvərliyin nümunəsi – AAYDA-nın məsul işçisi Mehman Qəhrəmanov
  • Bu gün, 11:49
    “Məktəbimizin Gənc Diplomatları” layihəsi çərçivəsində fəaliyyətlər yekunlaşıb.
  • Bu gün, 11:27
    T Ə B R İ K
  • Bu gün, 08:33
    İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb
  • Bu gün, 08:31
    Gecə "otaqda kimsə var" hissi niyə yaranır? - Maraqlı səbəb
  • Bu gün, 08:28
    İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
  • Bu gün, 08:27
    “Uran ehtiyatı dağıdılmış nüvə obyektlərinin altında qalıb”
  • Bu gün, 08:22
    Daha bir güləşçimiz Avropa çempionu oldu
  • Bu gün, 08:20
    Müəllim dəm qazından boğulub öldü
  • Bu gün, 08:17
    “Yeraltı”nın aktyorunu bloqerin ölümü ilə nə bağlayır? - 1 saat öncə evində olub
  • Bu gün, 08:14
    Qusarda ağır yol qəzası - 5 nəfər yaralandı
  • Bu gün, 08:05
    “Tehran ABŞ ilə dialoq istəmir” - Əraqçi
  • Bu gün, 08:03
    Samsunda qadın köhnə sevgilisinin yeni tanışını üzündən bıçaqladı
  • Dünən, 19:30
    Xalqa xidmət nümunəsi: Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov
  • Dünən, 14:27
    Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
  • Dünən, 13:29
    Peşəkar rəhbər və nümunəvi təşkilatçı- Məhəmməd Musayev
  • Dünən, 11:24
    Uğurlu sahibkar və vətənpərvər rəhbər – “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov
  • Dünən, 11:02
    Yəmən ABŞ və İsraili hədələdi
  • Dünən, 10:58
    Şimali Koreya 10-dan çox ballistik raket atdı
  • Dünən, 10:54
    İyirmi beşinci günün duası - İmsak və iftar vaxtı
  • Dünən, 10:48
    Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
  • Dünən, 10:41
    Yeni müalicə üsulu kəşf edildi: Bu xərçəng növü keçmişdə qalır?
  • Dünən, 10:37
    Əmək bazarında yeni dinamika: Xarici işçi qüvvəsində azalma
  • Dünən, 10:33
    İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi?
  • 14-03-2026, 12:15
    Baş prokurorun Milli Aviasiya Akademiyasında mühazirəsi keçirilib
  • 14-03-2026, 12:02
    Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycanın suveren mövqeyi
  • 14-03-2026, 11:58
    Azərbaycanda dövlət agentliyi ləğv edildi
  • 14-03-2026, 11:50
    ABŞ İsrailə vaxt verdi - Bir həftə ərzində...
  • 14-03-2026, 11:47
    İlber Ortaylının dəfn olunacağı tarix açıqlandı
  • 14-03-2026, 11:44
    Suraxanıda iftar süfrəsi açıldı
  • 14-03-2026, 11:41
    Ələt-Astara magistralında TIR qəzaya düşdü
  • 14-03-2026, 11:37
    Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
  • 14-03-2026, 11:34
    “Neftçi” və “Qarabağ” bir həftədə iki dəfə qarşılaşacaq
  • 14-03-2026, 11:27
    Lerikin icra başçısına ağır itki
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə