• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Mənəviyyat zirvəzində olan vətənpərvər insan “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İdarə Heyətinin sədri Ramiz İsayev

gundem / ust / manset

17-07-2024, 17:38

Mənəviyyat zirvəzində olan vətənpərvər insan “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İdarə Heyətinin sədri Ramiz İsayev
Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".
Müasir Azərbaycan tarixində qazanılmış ən böyük uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev milli varlığımızı bütövləşdirmiş, yaxın və uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən etmişdir. Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin əsaslarını yaratmış dahi şəxsiyyətdir. Və bu yöndə Azərbaycanda iş adamlarına sahibkarlığın inkişafı üçün geniş şərait yaradıldı. Sahibkarlığın inkişafında xüsusi xidmətləri ilə seçilən vətənpərvər iş adamlarından biri də “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İdarə Heyətinin sədri Ramiz İsayevdir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Mənəviyyat “mən” sözündən başlanır. Hər bir insanın “mən”i nədirsə, onun mənəviyyatı da odur. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən çox, elə özüdür. Onu da formalaşdıran mühit və şəraitdir. Sağlam mühit və şərait sağlam, xəstə mühit və şərait təbii ki, xəstə mənəviyyat formalaşdırır, tərbiyə edir.
İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi üç vacib keyfiyyəti xüsusi dəyərləndirən Ramiz müəllim özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkədə və regionlarımızda yüksək reytinqə malikdir.
Ramiz İsayev öz çoxtərəfli fəaliyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifənin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Bütün ictimai şüurun hər birinin insanın formalaşmasında, kamilləşməsində özünəməxsus rolu və funksiyası var. Amma etiraf edək ki, insan mənəviyyatına daha çox təsir edən, onu stimullaşdıran mühüm vasitələrdən biri sahibkarlıqdır.
Hər bir tanınan insanın şəxsiyyətini araşdıranda, bir çox amillərə, komponentlərə əsaslanıb istinad edərək nəticəmizi çıxarırıq. Savadını, işgüzarlığını, fəaliyyətini, məsuliyyətini, davranış tərzini,... nəzərə alıb onun haqqında mülahizələr yürüdür, fikir söyləyirik. Bundan sonra onu layiq bildiyimiz sıraya, ucalığa aid edib, şəxsiyyətini, həyat fəaliyyətini bugünkü prinsiplər əsasında qiymətləndiririk. Hər kəs bu dünyada əkdiyini biçir. Bəli, hər bir insana gördüyü işlər müqabilində qiymət verilir.
Yazımın əvvəlində tanınmış iş adamı, vətənpərvər insan, “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İdarə Heyətinin sədri Ramiz İsayev çətin, keşməkeşli, ancaq şərəfli və ləyaqətli ömür hekayəsinin proloqunu verdik!
Ramiz müəllimin ömür yolunu arayıb-araşdırdıqda bir nəticəyə gəlirik, bu böyük insan zəhmətlə xoşbəxt olan insanlar sırasındadı. Bu gün müasir Azərbayçan ziyalı obrazını əməli fəaliyyəti ilə özündə ehtiva edənlərdən biridi Ramiz İayevdir.
Ramiz müəllimin hər istiqamətdə göstərdiyi nümunəvi missiyası bu gün öz nəticəsini göstərməkdədi.
Yaşamaq tərzini bilən insan xoşbəxtliyini əldə edən elə kamil insandı. Ramiz İsayev hər gün bu xoşbəxtliyi qapısından içəri buraxan ləyaqət, iradə sahibidi. Ramiz müəllim xeyriyyəçi missiyası ilə, uğurlarına xoşbəxtlik budu deyib xoşbəxt olanlardandı. Ramiz İsayev doğma Azərbaycanımızdan sövqlə, fəxrlə danışır, Qarabağ müharibələrində igidlik göstərən mərd oğullarımızın ona bir böyük kimi məhəbbətlə, ərklə yanaşmalarından sevinclə, qürurla danışır. İnsan öz əkdiyini biçir, sevgi, məhəbbət paylayır ətrafa. Nəticədə o sevgini geri alır. Xoşbəxtlik budu, Allahın altında etdiklərinə Allahın cavabı birdi, sevgi və Allah xeyir duası, sağlığında qazanılan savab! O, narahat vətəndaşdı pandemiyanın cərəyan etdiyi ilk dönəmlərdə bir çox insana həm maddi, həm mənəvi kömək əlini uzatdı.
Siz, hamının dostu, arxası, köməkdarı, himayədarı olmaqla yanaşı, nümunəvi insan, qayğıkeş rəhbər, səriştəli peşəkar, sahibkar - iş adamı olmaqla yanaşı, həmdə vətənpərvərsiniz. Bu sübutdur ki, siz həmişə ehtiyacı olanların, tənhaların, xəstələrin inam və istinad yerisiniz. Siz çox şəhid, qazi ailələrinin qayğkeşisiniz. Bu da böyük sübutdur ki, 44 günlük vətən müharibəsində qəhrəman oğullarımıza öz diqqətinizi və qayğınızı ləyaqətlə sərgilədiniz. Bu gün də onların yanındasınız. Həyat Sizi heç dəyişdirmədi. Bu mətanətinizə görə Sizə minnətdarıq. Ramiz müəllim çox sağ olun ki, beləsiniz, sadə, səmimi, qayğıkeş... Ləyaqətinizə görə, dəyanətinizə görə, mətanətinizə görə, çoxşaxəli sevginizə görə Sizə minnətdarıq. Sizin kimi yaxşıların çiyinlərində bərqərardı bu dünya. Yoxsa məhvərindən qopardı.
Siz, hamının arzularının çin olmasında köməkçisiniz. Bir vətənpərvər ziyalı kimi ürəyinizdə olan bütün arzular Allahın köməkliyi ilə çin olsun.
Mənəviyyat zirvəzində olan vətənpərvər insan “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İdarə Heyətinin sədri Ramiz İsayev
“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” haqqında
Birlikdə inkişafa doğru “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı ümumi maraqlar əsasında birləşmiş, könüllülük, iştirakçılarının (üzvlərinin) hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır.
ATİA üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, tikinti sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır.
Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni biznes assosiasiyalarının yaradılması və mövcud assosiasiyaların fəaliyyətinin gücləndirilməsi əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur.
Sözügedən Strateji Yol Xəritəsini rəhbər tutaraq uzun illərdir tikinti bazarında gördüyü işlərlə, ərsəyə gətirdikləri gözoxşayan göydələnlərlə və digər tikinti layihələri ilə layiqli yerlərini tutmuş bir neçə tikinti şirkəti tərəfindən 04 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı təsis edilmiş və 05 oktyabr 2020-ci il tarixində, 1120-Q74-3858 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.
“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqı (bundan sonra ATİA) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, iştirakçılarının (üzvlərinin) hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-kommersiya təşkilatıdır.
ATİA üzv təşkilatların maraqlarını qoruyan, onları zəruri və faydalı məlumat və xidmətlərlə təmin edən, tikinti sektorunun inkişafına xidmət edən, təcrübə, ideya və təşəbbüslərin müzakirə edildiyi platformadır.
ATİA-nın əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və İttifaqın üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə Azərbaycanın tikinti sektorunun inkişafında, tikinti sektorunda vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, onların fəaliyyətlərini əlaqələndirmək, sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaq, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etməkdən ibarətdir. Eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, tikinti məhsulları və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etmək İttifaqın qarşısına qoyduğu məqsədlərdəndir.
ATİA məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: – Azərbaycan Respublikasında tikinti istehsalı (çoxmənzilli, fərdi yaşayış evlərinin və müxtəlif növ qeyri-yaşayış obyektlərinin tikilməsi, habelə körpülərin, tunellərin inşası və s.) sahəsində davamlı inkişafın təmin olunması üçün müvafiq infrastrukturun yaradılması; – bu sahədə fəaliyyət göstərən kommersiya hüquqi şəxslərinin əlaqələndirilməsi və ictimai faydalı fəaliyyətlərin təşkili üçün səylərinin birləşdirilməsi; – İttifaq iştirakçılarının mənafelərinin dövlət qurumları qarşısında təmsil və müdafiə edilməsi, könüllü təşkilatları və dövlət qurumları arasında körpü rolunun oynanılması; – tikinti istehsalı sahəsində beynəlxalq (ikitərəfli və çoxtərəfli) əməkdaşlığın qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın təcrübəsinin dünyada təşviqi.
Şirkət tanıtımı
Assosiasiyanın Saytının tərəfdaşlar bölməsində Assosiasiyaya üzv olan şirkətlərin tanıtımı ilə bağlı üzvün loqosunun yerləşdirilməsi Assosiasiyanın keçiriləcək tədbirlərində sponsurluq güzəşti əldə edilməsi və həmin tədbirlərdə və KİV vasitələrində üzv şirkətlərin reklam afişlərinin yerləşdirilməsi

Sosial platforma
Sosial platforma assosiasiya üzvlərinə layihələr ətrafında əlaqə və icmalar yaratmaq üçün peşəkar şərait yaradır. Məlumatların bölüşdürülməsi və paylaşılması üçün əsas metod sosial mediadır.

Dövlət qurumları ilə sıx əlaqə
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, üzv olan şirkətlərin yaranan problemlərin həlli istiqamətində dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə qarşılıqlı əlaqə quraraq tikinti ilə bağlı yarana biləcək problemlərin qanuni formada həlli, müqayisə və mübadilə edilməsi, yaxşı təcrübələrin müəyyən edilib əldə edilməsi prinsipi ilə dövlət qurumları ilə sıx əlaqə yaradır.

Sertifikasiya
Üzvlük Sertifikatı və İnşaat Təhlükəsizliyi Sertifikatı – tikinti mühiti daxilində sağlamlıq və təhlükəsizlik sahəsində peşəkar olmaq vacib məsələlərdən biridir. Buraya daxil olan predmetlər: hündürlükdə işləmək, sökülmə və qazma işləri, elektrik, betonlama daxil olmaqla bu kimi bütün işlərdir. Bu kursda iştirak edən üzvlər müvafiq qanunvericiliyə uyğun olaraq tikinti fəaliyyətini təhlükəsiz hala gətirmə bacarığına sahib olacaqlar.
Mənəviyyat zirvəzində olan vətənpərvər insan “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İdarə Heyətinin sədri Ramiz İsayev

Fərid Faiqoğlu
Baş redaktor, AJB-nin üzvü

Oxunub: 153
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / ust / manset

12-12-2023, 11:47

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

siyaset / manset

13-12-2023, 12:30

Pakistanın Dövlət Televiziyasında ümummilli lider Heydər Əliyev haqqında xüsusi reportaj yayımlanıb

gundem / ust / manset

10-05-2023, 08:30

Azərbaycanın dünəni, bu günü, sabahı -Heydər Əliyev

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 16:42
    Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
  • Bu gün, 12:24
    “Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”
  • Bu gün, 11:59
    Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
  • Bu gün, 11:52
    “Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
  • Bu gün, 11:43
    “Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
  • Bu gün, 11:35
    Xalq artisti oğlunun ad gününü belə qeyd etdi
  • Bu gün, 10:53
    “Azeronline”da müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
  • Bu gün, 10:47
    Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib
  • Bu gün, 10:41
    Saatlıda yanğın törədən şəxs saxlanıldı
  • Bu gün, 10:36
    Özü qolf oynadı, raketlər onu qorudu
  • Bu gün, 10:25
    Müctəba Xameneinin vəziyyətini - Açıqladı
  • Dünən, 12:18
    Şimşək, leysan... - Faktiki hava
  • Dünən, 12:13
    Əməkdar artist qaydaları kobudcasına pozdu - Video
  • Dünən, 12:08
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Dünən, 12:04
    ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olundu - Video
  • Dünən, 11:41
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 11:09
    Bu 3 faktor demensiyanı 13 il gecikdirir
  • Dünən, 11:05
    “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”
  • Dünən, 11:00
    Tatarıstanda matəm elan edildi
  • Dünən, 10:56
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş
  • Dünən, 10:44
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • 9-08-2026, 13:51
    İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
  • 9-08-2026, 13:45
    Xərçəng bədəninə yayılır - Oğlu danışdı
  • 9-08-2026, 13:41
    Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
  • 9-08-2026, 12:01
    Türkiyədə zəlzələ oldu
  • 9-08-2026, 11:57
    Kanalda batan Aminin meyiti tapıldı
  • 9-08-2026, 11:53
    Tezliklə “Barselona”nı tərk edə bilər - Vitse-prezident açıqladı
  • 9-08-2026, 11:49
    İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
  • 9-08-2026, 11:45
    “Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
  • 9-08-2026, 11:30
    Məhəmməd Qulamov: “Həyatda ən böyük dəstəyim Atam və rejissor Rövşən İsax olub”
  • 8-08-2026, 16:42
    Araz Əhmədov haqqında danışanlara bir sözüm var: əvvəl tanıyın, sonra danışın!
  • 8-08-2026, 16:20
    Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
  • 8-08-2026, 15:14
    “Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini möhkəmlətdi”
  • 8-08-2026, 14:59
    Xanımının doğum günündə vəfat edibmiş...
  • 8-08-2026, 14:50
    “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə