Tümenli gənc Azərbaycandakı qohumlarına baş çəkmək üçün borcunu ödəyib. Bundan əvvəl isə yığılan borc gənci maraqlandırmayıb.
ulusestv.az “AiF Tümen”ə istinadla xəbər verir ki, bununla bağlı Tümen vilayətinin Məhkəmə İcraçıları Federal Xidmət İdarəsi məlumat yayıb.
O, spirtli içkilərin qanunsuz ticarəti səbəbindən 40 min rubl (təxminən 635 dollar) borcunu ödəyib.
Cərimələndikdən sonra gənc göstərilən məbləği ödəməkdən boyun qaçırıb. Bu zaman onun ölkədən çıxışına qadağa qoyulub. Qadağadan bir həftə sonra gənc cəriməni ödəyib.
Məlum olub ki, o, yaxın vaxtlarda Azərbaycanda yaşayan qohumlarına baş çəkməli imiş. Qadağa götürüləndən sonra gənc Rusiyanı tərk edə biləcək.
www.oxu.az