Ukraynada polis Mitsubishi markalı avtomobillə Kiyev-Odessa yolunda hərəkət zamanı yolun hərəkət hissəsini keçən piyadanı vurub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, polis piyadanın beton arakəsmədən şosseyə sıçradığını bildirib.
Məlumata görə, piyada aldığı bədən xəsarətlərindən yerindəcə keçinib.
Polis həmin şəxsin Azərbaycan vətəndaşı olduğunu bildirir.