• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Vətən eşqi ilə gəldin bu dünyaya”

gundem / sosial / manset

21-10-2025, 14:02

“Vətən eşqi ilə gəldin bu dünyaya”
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev: "Vətən eşqi ilə gəldin bu dünyaya" — Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Vidadi Zalovun əziz xatirəsinə.

Azərbaycan torpağı müqəddəsdir, çünki bu torpaq minlərlə şəhidimizin qanı ilə suvarılıb. Hər daşı, hər qayası, hər ağacı bir qəhrəmanlıq dastanının izini daşıyır. Vətən sevgisi, torpaq sevgisi bu xalqın qanında, damarlarında axan bir duyğudur. Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri 44 günlük Vətən müharibəsi oldu. O müharibə ki, igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, 30 illik həsrət sona çatdı. Hər bir şəhidimiz bu zəfərin memarlarından biridir. Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin igid giziri, Abşeron rayonundan olan şəhid Vidadi Zalovdur.
Bəziləri bu dünyaya yalnız yaşamaq üçün gəlir, bəziləri isə yaşatmaq üçün. Vidadi Zalov da o nadir insanlardandı, onun həyatı başdan-başa vətən eşqi ilə yoğrulmuşdu. O, hələ uşaq yaşlarından Vətən, torpaq, bayraq anlayışlarını ailəsinin tərbiyəsində dərk etmişdi. Onun böyüdüyü mühitdə dövlətə sədaqət, bayrağa sevgi və ordumuza ehtiram ən ali dəyərlərdən sayılırdı.
Vidadi Zalov məktəb illərində öz nizam-intizamı, cəsarəti və mərdliyi ilə seçilirdi. O, böyüdükcə həyatının istiqamətini çoxdan müəyyənləşdirmişdi: “Vətən üçün yaşamaq, Vətən üçün döyüşmək və lazım gələrsə, Vətən üçün can vermək.”
Onun bu amalı, bu andı Vidadini Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə gətirdi. Bu şərəfli yolda o, hər bir təlimdə, hər bir əməliyyatda öz fədakarlığı ilə seçildi. Çünki Vidadi üçün ordu sadəcə bir xidmət yeri deyildi — ordu onun varlığı, onun kimliyinin bir parçası idi.
44 günlük Vətən müharibəsi başladığı andan etibarən Vidadi Zalov ön sıralarda idi. O, döyüş meydanında qorxu bilməyən, mərd, cəsarətli bir igid kimi tanındı. Xüsusi Təyinatlı Qüvvələrin hər bir əməliyyatı planlı, məxfi və ölüm riskinin yüksək olduğu tapşırıqlarla dolu idi. Amma bu igid oğullar heç vaxt tərəddüd etmirdilər.
Vidadi Zalovun komandiri, polkovnik Elzamin müəllim onun haqqında belə danışır: “Vidadi kimi əsgərlə döyüş meydanına getmək insanın qəlbinə güc verirdi. O, həm silahdaşlarının dayağı, həm də düşmənin qorxusu idi.”
Cəbrayıl, Füzuli, Şuşa istiqamətlərində aparılan döyüşlərdə o, bir neçə mühüm əməliyyatda iştirak etdi. 44 günlük Vətən müharibəsində şücaət göstərərək bir qəhrəman kimi geri döndü. Vidadi kimi əqidə sahibləri Vətən üçün doğulanlardı. Vətən üçün can verənlərdi. Vətən dardadısa bu igidlər müntəzir olaraq Vətəni qorumaq üçün hər cür igidliyə qadirdilər. Belə də oldu. 11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdur. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışdır. Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Məhz bu müqəddəs amal uğrunda – ana Vətənin rifahı uğrunda canını fəda etdi. Azərbaycan tarixində qəhrəmanlıq simvoluna çevrildi və Vidadi Zalov bu simvolun bariz təcəssümünə çevrildi.
Vətən eşqi ilə gəldin bu dünyaya, Vidadi! Sənin kimi oğullar sayəsində Azərbaycan qalib bir xalq, güclü bir dövlət oldu. Sən torpaq uğrunda canını fəda etməklə əbədiyyət qazandın. Xalq səni heç vaxt unutmayacaq. Sən atan hörmətli ağsaqqal Nizami Zalovun evində, ailəsində pərvəriş tapdın, böyüdün. Ailənin tək oğlu olsan da əxlaqın bütün çalarları yaxşı mənada sənin şəxsində toplanmışdı. Nizami müəllimin evində bir şəxsiyyət, bir qəhrəman böyüyürmüş... Atası Nizami müəllimin ifadə etdiyi kimi: “Mən öz oğlumu tanımırmışam!”
Bu sözlər sadəcə bir xatirə deyil, bir millətin qəhrəman oğluna olan sonsuz minnətdarlığının ifadəsidir.
Bu gün Vidadi Zalovun adı yalnız Abşeronda deyil, bütün Azərbaycanda qürurla çəkilir. Məktəblərdə onun haqqında danışılır, gənclər onun kimi olmağa can atırlar. Onun həyatı bir məktəbdir — vətənpərvərlik, mərdlik və fədakarlıq məktəbi...







Xezertv.info

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

16-10-2025, 21:23

Qəhrəmanlığı ilə dastan yazan şəhid gizir Vidadi Zalov

gundem / sosial / manset

15-10-2025, 12:50

Şərəf tariximizin 5-ci ili. Əbədiyaşarlıq fəlsəfəsi...

gundem / sosial / manset

13-10-2025, 19:13

Azadlığa könül verən bu sevdadan dönən deyil...

gundem / manset

15-04-2023, 11:58

Veteranlar şəhidin yas mərasimində iştirak edib

gundem / ust / manset

27-09-2024, 14:11

“Torpağı Vətən Edən Şəhidlər – Bizim Qürur Mənbəyimizdir”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 18:14
    Yeni yaranan agentlik nələri dəyişəcək?
  • Bu gün, 18:08
    Arifə Qasımovadan Ramazan və Novruz bayramı münasibətilə səmimi təbrik
  • Bu gün, 17:57
    “İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”
  • Bu gün, 17:51
    Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək
  • Bu gün, 17:38
    Koxalski “Qarabağ”dan gedir?
  • Bu gün, 17:32
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Bu gün, 17:25
    Putin azərbaycanlı alimi təltif etdi
  • Bu gün, 17:18
    Çin ABŞ ilə sualtı müharibəyə hazırlaşır?
  • Bu gün, 17:11
    Mauro Vieyra Braziliya vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib
  • Bu gün, 16:50
    Məşhur KVN-çi Elnur Məmmədov ÖLDÜ
  • Bu gün, 16:45
    Laricanini əvəz edəcək şəxsin KİMLİYİ AÇIQLANDI
  • Bu gün, 16:28
    Regionlar dayanıqlı inkişafa və yeni iqtisadi mərhələyə qədəm qoyur
  • Dünən, 12:12
    Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı
  • Dünən, 11:57
    Prezident Şahbaz Şərifi təbrik etdi
  • Dünən, 11:53
    Raketin üzərinə fotosunu vurub təşəkkür etdilər
  • Dünən, 11:52
    Lənkəranda maşın kanala aşdı - 6 nəfər yaralandı - Yenilənib
  • Dünən, 11:49
    Nyu-Yorkdakı qəzada iki pilot həlak olub - Yenilənib
  • Dünən, 11:46
    İranda İsraillə əlaqəli olmaqda şübhəli bilinən bir qrup şəxs həbs edilib
  • Dünən, 11:43
    Naxçıvanda evdən ər və arvadın meyiti tapıldı
  • Dünən, 11:41
    İsrail Livanda quru əməliyyatlarına başlayır - Plan təsdiqləndi
  • Dünən, 11:32
    “İran tamamilə məhv ediləcək, görəcəksiniz”
  • Dünən, 11:26
    Saatlıda 50 yaşlı kişi qətlə yetirildi
  • 22-03-2026, 11:22
    Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi
  • 22-03-2026, 11:20
    61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü
  • 22-03-2026, 11:04
    Ağsuda iki evdə yanğın oldu
  • 22-03-2026, 10:59
    SEPAH-dan Trampın son təhdidinə - Cavab
  • 22-03-2026, 10:54
    “Düşmən dəniz sektorunu faktiki olaraq tərk edib”
  • 22-03-2026, 10:51
    Tramp İranı bu dəfə belə hədələdi
  • 22-03-2026, 10:49
    Sumqayıtdakı hadisədən sonra əhaliyə növbəti - Xəbərdarlıq
  • 22-03-2026, 10:46
    İsrailə genişmiqyaslı raket hücumu elan etdi
  • 22-03-2026, 10:43
    Nəriman ABŞ-də ilk oyununa çıxdı - Komandası uduzdu
  • 22-03-2026, 10:41
    “Yaxın Şərqdəki müharibə 2-3 həftə çəkə bilər”
  • 20-03-2026, 12:24
    “Tramp ya müharibəni davam etdirməli, ya da...”
  • 20-03-2026, 11:44
    Ağdam Cümə Məscidində bayram namazı qılındı
  • 20-03-2026, 11:42
    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə