• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş

gundem / siyaset / manset

19-01-2026, 20:39

Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
20 Yanvar — millətin vicdanına çevrilən tarix, xalqın sınmayan iradəsinin parlaq nümayişidir. Bu fikirlər Vəhdət Partiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə keçirilən görüşdə səsləndirilib. Faciənin 36-cı ildönümünə həsr olunan tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi naminə canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vəhdət Partiyasının sədri, ictimai və siyasi xadim Adəm İsmayıl Bakuvi çıxışında 20 Yanvar faciəsini “Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi, qürur tarixi” adlandırıb. Həmin gecə ilə bağlı şəxsi xatirələrini bölüşən partiya sədri bildirib ki, 20 Yanvar hadisələrinə yalnız faciə prizmasından yanaşmaq düzgün deyil:
“O gecə bir milyona yaxın insan küçələrdə idi. Bu, xalqımızın sarsılmaz iradəsinin, azadlıq sevgisinin təntənəsi idi. Bakının küçələrinə çıxan insanlar silahsız idilər, amma qəlbləri Vətən sevgisi ilə silahlanmışdı. Bu gün azad və suveren dövlətimiz varsa, bunu məhz həmin şəhidlərin fədakarlığına borcluyuq.”

Adəm İsmayıl Bakuvi 20 Yanvar həqiqətlərinin dünyada tanıdılmasının, gənc nəsil arasında təbliğinin əhəmiyyətini də vurğulayıb. Partiya sədri xatırladıb ki, 20 Yanvar faciəsi zamanı Ümummilli Lider Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və orada çıxış edərək bu hadisəni yalnız xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş amansız cinayət kimi qiymətləndirib. O əlavə edib ki, məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi və siyasi qiymət verilib.
Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatə olunub. Ulu Öndərin siyasi kursunu davam etdirən Prezidentin şəhidlərin xatirəsinə göstərdiyi ehtiram Azərbaycan dövlətinin mənəvi gücünün bariz nümunəsidir. Sədr Vəhdət Partiyasının şəhidlərin adını, amalını və müqəddəs yolunu hər zaman uca tutacağını vurğulayıb.
Daha sonra tədbirdə 20 Yanvar faciəsinin dəhşətini və həmin gecə yaşanan ağır anları əks etdirən film nümayiş etdirilib.

Türkoloq alim, professor, azadlıq hərəkatının iştirakçısı Firudin Ağasıoğlu çıxışında 20 Yanvar faciəsindən sonra baş verən siyasi proseslərə toxunub: “Həmin vaxt hadisələrin araşdırılması üzrə komissiyanın hesabatında səbəbkarlar qismində Mixail Qorbaçov, Dmitri Yazov və Yevgeni Primakovun adını yaznışdıq. Amma sonra hesabatdan Primakovun adı çıxarıldı, necə olduğunu da bilmədik”. F.Ağasıoğlu bildirib ki, məhz yanvar faciəsindən sonra ölkəmizdə milli azadlıq hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Azadlıq hərəkatının üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev 20 Yanvar tarixinin yalnız xatırlanmalı deyil, eyni zamanda yaşadılmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu faciə milli yaddaşın ayrılmaz hissəsi kimi daim cəmiyyətin diqqət mərkəzində saxlanılmalıdır.

Şəhid Əliyusif Qocamanovun qızı Maral Zamanova çıxışında 20 Yanvar gecəsinin dəhşətlərinin bu gün də gözləri önündə canlandığını deyib. O, əlində heç bir silah olmadığı halda tankların qarşısına çıxan insanların “Milli qəhrəman” adına layiq olduğunu, amma bu adı almadıqlarını qeyd edib.
Politoloq, professor Cümşüd Nuriyev 20 Yanvar hadisələrinin təhsil sistemində daha dərindən və sistemli şəkildə tədris olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu tarix gənc nəslin dövlətçilik ruhunda formalaşmasında mühüm rol oynayır.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov 20 Yanvarı milli inqilab tariximizin mühüm mərhələsi kimi xarakterizə edib, o gecə insanların silahsız olaraq ağır texnikaya qarşı çıxmasını milli qəhrəmanlıqdan daha yüksək – misilsiz fədakarlıq nümunəsi kimi qiymətləndirib
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev şəhid ailələrinin Azərbaycan cəmiyyəti üçün mənəvi dayaq rolunu vurğulayıb və onların fədakarlığının dünya azərbaycanlıları üçün də qürur mənbəyi olduğunu qeyd edib.

Tədbir boyunca təsirli anlar yaşanıb. Şəhid ailələrinin üzvləri xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilməyiblər. Şəhid Xurşud Əsəgərovun qardaşı Oruc Əsgərli və Şəhid Yusif Qasımovun həyat yoldaşı Reyhanə Meşqi qanlı yanvar gecəsi itirdikləri əzizləri ilə bağlı xatirələrini paylaşıblar. Üzərindən illər keçsə də, acının unudulmadığını, şəhidlərin öz qanları ilə azadlıq dastanı yazdıqlarını qeyd ediblər.
Reyhan İsmayılova çıxışında kövrələrək bildirib ki, qardaşı Cavad cəmi 27 yaşında güllələnərək şəhid olub: “Artıq 36 ildir bu dərdlə yaşayırıq. Evdən oğul getdi, evdən ümid getdi. Həmin dəhşətli gecədə yüzlərlə oğlumuz, qızımız torpağa tapşırıldı. Onlar Vətən üçün seçilmişlər oldular.”
Esmira Mehdiyeva isə göz yaşları içində vurğulayıb ki, həyat yoldaşı Vidadi Məmmədov SSRİ hökumətinin tapşırıqlarını icra etmədiyinə görə hədəfə çevrilib.
Şəhid Məmməd Hüseynovun həyat yoldaşı Zərifə Əliyeva qürurla qeyd edib ki, bu gün müstəqilliyimizin və dövlətimizin möhkəmliyinin əsasında 20 Yanvar şəhidlərinin qanı dayanır. O əlavə edib ki, Azərbaycanın suveren dövlət kimi yaşaması, bayrağımızın uca dalğalanması və xalqımızın birliyi məhz həmin qəhrəmanların fədakarlığı sayəsində mümkün olub.
Kəlbəcərli şəhid Firuz Cabbarovun anası Rəfiqə Cabbarova isə dövlət başçısına olan etibar və minnətdarlığını ifadə edib: “Bizə ulu öndər Heydər Əliyev atalıq edib, onun siyasəti və prinsipləri xalqımızı qoruyub. Bu gün isə Prezidentimiz İlham Əliyev ölkəmizi güclü və müstəqil bir dövlət olaraq irəli aparır. Allah Prezidentimizə uzun ömür versin, onu daim qorusun.”

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə, eləcə də 20 Yanvar qəhrəmanlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər üçün minnətdarlıqlarını bildiriblər. Xüsusilə vurğulanıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 20 Yanvar şəhidlərinin ailələri üçün böyük sevinc və qürur mənbəyidir. Cənab Prezident İlham Əliyevin iradəsi, qətiyyəti və xalqımızın birliyi sayəsində şəhidlərin qanı əsla yerdə qalmayıb, onların fədakarlığı nəticə verərək Vətənimizin azadlığını təmin edib.

Sonda şəhid ailə üzvlərindən məktəbli Sona Ələkbərovanın ifasında vətənpərvər mahnılar səsləndirilib, tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Nihad Əbilli

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

19-01-2026, 11:30

“20 Yanvar – Qanla yazılan azadlıq salnaməsi və milli qürur tarixi”

gundem / manset

18-01-2023, 07:30

20 Yanvar-Azərbaycan xalqının unudulmaz tarixi

gundem / manset

19-01-2026, 19:22

“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu

gundem / siyaset / manset

18-01-2025, 12:47

Pərvanə Mirzə qızı İmamquliyeva: “20 Yanvar - unudulmayan qanlı tarix”

gundem / manset

14-01-2023, 18:58

Qanlı 20 Yanvar faciəsi tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə