• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Məhəmməd Musayev – işinin peşəkarı, dövlətə sədaqət andı və əsl vətəndaş mövqeyinin simvoludur

gundem / sosial

11-03-2026, 10:54

Məhəmməd Musayev – işinin peşəkarı, dövlətə sədaqət andı və əsl vətəndaş mövqeyinin simvoludur
Məhəmməd Musayev hər zaman cənab prezident İlham Əliyevin həyata keçirtdiyi inkişaf strategiyasını dəstəkləyib və bunu özünün iş və şərəf məsələsi bilib.

Müasir Azərbaycanın davamlı inkişafı və infrastruktur sahəsində əldə etdiyi uğurlar bir çox sahə rəhbərlərinin fədakar əməyinin nəticəsidir. Bu sırada “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru, peşəkar təşkilatçı və vətənpərvər rəhbər Məhəmməd Musayevin adı xüsusi hörmətlə çəkilir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr, göstərilən idarəçilik bacarığı, işinə və dövlətinə sadiq mövqeyi bu gün ölkəmizin yol infrastrukturunun inkişafına mühüm töhfələr verir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, son vaxtlar bəzi mətbu orqanlarda və sosial platformalarda Məhəmməd Musayev haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazılar dərc olunur. Bu cür yazıların məqsədi açıq şəkildə aydındır – nümunəvi bir dövlət məmurunun fəaliyyətinə kölgə salmaq, onun gördüyü işləri gözdən salmaq. Halbuki, Məhəmməd Musayev bütün fəaliyyəti boyu yalnız dövlət prinsiplərinə, vətəndaş məsuliyyətinə və peşəkarlıq etikasına sadiq qalmış bir şəxsdir.
Məhəmməd Musayev uzun illərdir yol tikintisi və istismarı sahəsində çalışır. Onun bu sahədə qazandığı zəngin təcrübə və idarəçilik qabiliyyəti ona həm rəhbərlik etdiyi kollektivin, həm də ictimaiyyətin dərin etimadını qazandırıb. O, hər zaman işinin keyfiyyətinə və nəticəsinə xüsusi önəm verib, dövlət vəzifəsini sadəcə peşə deyil, həm də vətənə xidmət missiyası kimi qəbul edib.
Məhəmməd müəllimin rəhbərliyi ilə “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəaliyyəti yeni bir mərhələyə qədəm qoyub. Müasir texnologiyalardan istifadə, işçi heyətin peşəkarlığının artırılması, texniki bazanın yenilənməsi istiqamətində atılan addımlar nəticəsində idarə qısa müddətdə sektorun ən etibarlı qurumlarından birinə çevrilib. Onun məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızın müxtəlif bölgələrində yol infrastrukturunun saxlanması və yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Məhəmməd Musayevin şəxsiyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biri onun dövlətə sədaqətidir. O, hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasını dəstəkləyib, bu siyasətin uğurla icrası üçün üzərinə düşən vəzifələri vicdanla yerinə yetirib. Onun üçün “dövlətə xidmət” sadəcə bir anlayış deyil – bu, bir həyat amalına, mənəvi borca çevrilib.
Məhəmməd müəllim, rəhbərlik etdiyi kollektivdə də bu prinsipi əsas dəyər kimi formalaşdırıb. İşçilərinə daim dürüstlük, nizam-intizam və məsuliyyət hissi aşılayır. O, rəhbərlik etdiyi müəssisəni yalnız idarə etmir, həm də onu dövlət maraqlarına xidmət edən bir kollektiv kimi formalaşdırır.
Azərbaycan son illərdə yol infrastrukturunun müasirləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə edib. Bu uğurlarda Məhəmməd Musayev kimi fədakar mühəndis və təşkilatçıların rolu danılmazdır. O, rəhbərlik etdiyi müəssisədə yol şəbəkələrinin təmiri, baxımı və təhlükəsizliyin təmin edilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirib.
Onun təşəbbüsü ilə həyata keçirilən işlər nəticəsində bir çox yaşayış məntəqələrinin yol problemi aradan qaldırılıb, nəqliyyatın hərəkət təhlükəsizliyi təmin olunub, yeni infrastruktur elementləri istifadəyə verilib. Məhəmməd müəllimin fəaliyyəti dövlət proqramlarının yerinə yetirilməsində, regionların sosial-iqtisadi inkişafına dəstəkdə mühüm rol oynayır.
Son vaxtlar bəzi xəbər portalları və sosial şəbəkələrdə Məhəmməd Musayev haqqında əsassız və böhtan xarakterli yazıların yayılması ictimaiyyətdə narazılıq doğurub. Lakin hər kəs yaxşı bilir ki, bu cür dezinformasiyalar yalnız uğurlu insanların işinə kölgə salmaq məqsədi daşıyır. Məhəmməd Musayevin illərlə formalaşan nüfuzu, dürüstlüyü və dövlətə bağlılığı belə əsassız iddialarla zədələnə bilməz.
Onun fəaliyyəti daim şəffaf, qanun çərçivəsində və məsuliyyət prinsipləri əsasında qurulub. Bütün işləri həm aidiyyəti dövlət qurumlarının nəzarətində, həm də ictimaiyyətin gözü qarşısındadır. Məhz buna görə də bu cür yalan və iftira xarakterli məlumatlar nə cəmiyyətdə, nə də peşəkar dairələrdə ciddi qəbul edilmir.
Məhəmməd Musayev hər zaman işinə yüksək məsuliyyətlə yanaşan rəhbər kimi tanınır. O, “əməyin dəyəri dürüstlük və nəticə ilə ölçülür” prinsipini öz həyat devizi kimi qəbul edib. Onun rəhbərlik üslubunda insana hörmət, kollektivdə qarşılıqlı anlayış və ədalət mühiti hakimdir. Bu da “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-ni nümunəvi təşkilatlardan birinə çevirib.
Onun kollektiv üzvləri də rəhbərlərinin fəaliyyətindən qürur duyur, Məhəmməd Musayevi həm rəhbər, həm də insani dəyərlərə sadiq bir vətəndaş kimi qiymətləndirirlər. Bu münasibət onun insanlara, əməkdaşlara və dövlətə olan münasibətinin səmimiliyindən qaynaqlanır.
Hər bir vətənpərvər insanın həyatında əsas məqsəd doğma torpağa, dövlətə və xalqa fayda verməkdir. Məhəmməd Musayev bu prinsipə sadiq bir şəxs kimi uzun illərdir öz peşəsində dövlətin inkişafı naminə fədakarcasına çalışır. Onun fəaliyyəti yalnız yol infrastrukturunun yaxşılaşdırılması ilə məhdudlaşmır – o, həm də vətəndaş məsuliyyətinin, vətən sevgisinin, ictimai dəyərlərin daşıyıcısıdır.
Prezident İlham Əliyevin “dövlət məmuru xalqa xidmət etməlidir” prinsipini öz fəaliyyətində rəhbər tutan Məhəmməd müəllim bu anlayışı əməli addımlarla sübut edib. O, çalışdığı hər bir layihədə dövlət maraqlarını, vətəndaş rahatlığını və keyfiyyət amilini ön plana çəkib.
Məhəmməd Musayev haqqında yayılan böhtan xarakterli yazılar həqiqəti əks etdirmir və onun uzun illər ərzində qazandığı nüfuzu sarsıtmaq gücündə deyil. O, Azərbaycan dövlətinə sadiq, işinə vicdanla yanaşan, nümunəvi rəhbər obrazını daima qoruyub saxlayıb.
Bu gün “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin uğurları Məhəmməd Musayevin zəhmətinin, peşəkarlığının və məsuliyyətinin bariz nümunəsidir. Onun gördüyü işlər, həyata keçirdiyi layihələr və nümayiş etdirdiyi vətəndaşlıq mövqeyi bir daha sübut edir ki, Məhəmməd Musayev dövlətinə, Prezidentinə və xalqına sədaqətlə xidmət edən məmurlardandır.

via.az

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

30-10-2025, 16:18

AAYDA, "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Məhəmməd Musayev – “İşinin peşəkarı, dövlətə sədaqət andı, əsl vətəndaş mövqeyi”-MÖVQE

gundem / sosial / ust

30-01-2026, 21:33

Yol infrastrukturunda fədakarlıq və dövlətə sədaqət nümunəsi – Etibar Kərimovun uğur yolu

gundem / sosial / bolge / manset

29-08-2025, 16:08

Siyanfər Əliyev – Dövlətinə Sadiq, İşinin Peşəkarı

gundem / manset

9-02-2026, 14:17

Dövlətə, xalqa və dostluğa sədaqət nümunəsi

gundem / sosial / manset

4-11-2025, 12:54

Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:40
    Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
  • Bu gün, 08:29
    Çində fişəng fabrikində partlayış - 21 ölü, 61 yaralı
  • Bu gün, 08:26
    Faydaları sizi heyrətləndirəcək!
  • Bu gün, 08:22
    Ağ Evin qarşısında atışma - Yenilənib
  • Bu gün, 08:19
    “İranla mini-müharibədəyik”
  • Bu gün, 08:14
    Öldürülən müdafiə nazirinin vəzifəsini də icra edəcək
  • Bu gün, 08:11
    Zelenski təktərəfli atəşkəs elan etdi
  • Bu gün, 08:08
    GTA VI-nın qiyməti nə qədər olacaq?
  • Bu gün, 08:05
    “İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
  • Bu gün, 08:01
    “İran BƏƏ-yə hücum etməyib”
  • Bu gün, 07:58
    “13 illik boşluğu doldurmalı idik”
  • Dünən, 21:09
    Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
  • Dünən, 20:17
    Şirvanda mini-futbol çempionatına start verildi – püşkatma mərasimi keçirildi
  • Dünən, 15:48
    Bu gün tanınmış beynəlxalq hüquq eksperti İsmayıl Zalov Azərbaycan Jurnalistlər Birliyi-nin sədri Elçin Şıxlınski tərəfindən rəsmi üzvlük vəsiqəsi təqdim edilmişdir.
  • Dünən, 15:36
    “Mən yaşayıram-əbədiyaşarlıq şəhadətnaməsi...”
  • Dünən, 15:23
    “Böyük Yolun qardaşlığı...”
  • Dünən, 13:33
    Tarix yenidən yazılır: qəhrəmanlıq, sədaqət və zəfərin canlı salnaməsi
  • Dünən, 12:39
    “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
  • Dünən, 12:16
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 08:44
    Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”
  • Dünən, 08:36
    Lənkəranda 36 yaşlı kişi çayxanada bıçaqlandı
  • Dünən, 08:27
    ABŞ İranın təklifinə cavab verdi
  • Dünən, 08:23
    Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü
  • Dünən, 08:18
    Mingəçevirdə “Toyota” piyadanı vurdu
  • Dünən, 08:15
    Makron Ermənistana səfər etdi
  • Dünən, 08:11
    “Liverpul”u udaraq ÇL-ə vəsiqə qazandılar
  • Dünən, 08:06
    Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirildi
  • Dünən, 08:03
    Nəsrin Cavadzadənin toyudur
  • Dünən, 08:00
    İş zamanı halı pisləşən fəhlə vəfat etdi
  • 3-05-2026, 11:54
    Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
  • 3-05-2026, 11:49
    “Şamaxı” “Sabah”a, “Zirə” “Qəbələ”yə qarşı
  • 3-05-2026, 11:38
    Keniyada yağışın yaratdığı fəlakət - 10 nəfər öldü
  • 3-05-2026, 11:35
    Arıqlamaq üçün ən effektiv məşqlər - Açıqlandı
  • 3-05-2026, 11:32
    Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
  • 3-05-2026, 11:25
    “Fənərbaxça”dan qələbə, “Qalatasaray” böyük hesabla uduzdu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə