• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev

gundem / medeniyyet / manset

6-04-2026, 11:11

Lerik rayonundan – Küsəkəran kəndindən baslanan, cəmiyyətə faydalı ömur yolu: Ataxan Əliyev


(Oçerk)

Şəxsiyyət yeniyetməlikdən formalaşır

Onun yeniyetməlik illərinin ən həyəcanlı dövrü idi. Məktəbi bitirməsinə, uşaqlıq illəri ilə vidalaşmasına çox az qalmışdı. Bir gün dərslərini bitirib kitab-dəftərini çantasına yığdı və hər zamankı kəsə cığırla addımlamağa başladı. Daşlı-kəsəkli yoxuşu qalxdıqca nəfəsi təngisə də, zirvəyə çatanda, qarşısında açılan mənzərə bütün yorğunluğunu canından çıxardı.
Onun önündə təbiətin bütün rənglərini özündə birləşdirən əsrarəngiz, təkrarsız bir tablo canlanmışdı. Bəlkə də, bu ilahi gözəlliyi hələ heç bir rəssam öz kətanına köçürməyə cürət etməmişdi.
Yenicə sünbül bağlayan zəmilər meh əsdikcə dəniz kimi dalğalanır, sanki torpağın nəğməsini oxuyurdu. Bu mənzərə gənc oğlanın ruhuna qəribə bir hüzur və zövq verirdi.
Dayanıb dərindən nəfəs aldı və düşündü: “Ana təbiətin rəngləri, torpağın bərəkəti nə qədər də sonsuzdur… O bizdən heç nəyi əsirgəməyib, bütün varını təmənnasız şəkildə bizə bəxş edib. Görəsən, biz də bir gün bu Ana torpağa olan övladlıq borcumuzu layiqincə qaytara bilərik? Bu bərəkətin qarşılığında vətənə necə xidmət edərik?”
Bu dərin düşüncələr içində Ulu Talış dağlarının qoynundakı Cənub diyarının – doğma Lerik rayonunun Küsəkəran kəndinə, evlərinin həndəvərinə necə çatdığını hiss etmədi. Həyətə girəndə ailəsi onu hərzamankı səmimiyyətlə qarşıladı. Atası maraqla soruşdu: “Bu gün dərslərin necə keçdi, hansı qiymətləri almısan?”
O, gündəliyini sakitcə, amma daxili bir qürurla atasına uzatdı. Səhifələrdəki “əla” qiymətləri görən atasıın üzünə işıqlı bir təbəssüm qondu. Fəxrlə oğluna baxıb söylədi: “Deməli, Ataxanın bütün meyli, marağı oxumağadır. Çəkdiyi zəhmət hədər getməyəcək. İnanıram ki, oglum böyük bir sənət sahibi olacak və adımızı ucaldacaq”.
Nəhayət, illərdir gözlənilən o məsuliyyətli məqam gəlib çatdı. Qəbul imtahanına az’qaldı. Sonuncu imtahanda göstərdiyi yüksək nəticəsiylə gənc Ataxan hamını heyran qoymuşdu. İmtahanı götürən yaşlı professor onun cavablarındakı dəqiqliyi və məntiqi görüb köməkçisinə rus dilində pıçıldadı: “İnsan inanmaqda çətinlik çəkir… Lerikin ucqar bir dağ kəndindən belə bilikli, zəkalı və mükəmməl hazırlıqlı bir gəncin gəlməsi doğrudan da qürurvericidir. Bu gənc böyük gələcəyin addımlarıdır”.

İlk addımlar: ümiddən reallığa

Ataxan Əliyev Lerikin dillərəzbəri Çayrud kənd orta məktəbini bitirəndə hədəfi bəlli, gələcəyə olan inamı isə sarsılmaz idi. Ali təhsil almaq arzusu onu paytaxt Bakıya gətirdi. Zəhməti hədər getmədi; hər imtahan bir uğur idi, hər uğur isə onu böyük həyat sınaqlarına hazırlayan bir addıma cevrildi.
1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olan gənc Ataxan, 1962-ci ildə doğma ixtisasını uğurla başa vuraraq peşəkar filoloq kimi fəaliyyətə başladı.
O illərdə ölkənin savadlı, enerjili gənc kadrlara böyük ehtiyacı var idi. Hətta uzaq Rusiyadan belə mütəxəssislərin Lerikə göndərildiyi bir vaxtda, yerli kadrların yetişməsi rayonun ictimai-sosial həyatı üçün mühüm hadisə sayılırdı.
Gənc, savadlı mütəxəssis sayılan Ataxan Əliyev hələ tələbəlik illərindən əmək fəaliyyətinə başlamışdı. Lakin onun taleyində əsas dönüş nöqtəsi “Kolxoz yolu” qəzetinin redaksiyası oldu.
Gənc mütəxəssisin istedadı və qələminin kəsəri rayon rəhbərliyinin diqqətindən yayınmadı. Onu Rayon Partiya Komitəsinə dəvət edib birbaşa məqsədi açıqladılar:
“Sən universitet bitirmiş, savadlı kadrısan. Məqalələrini izləyirik, qələminə bələdik. İstəyirik ki, ‘Kolxoz yolu’ qəzetinə rəhbərlik edəsən. Bilirik, çətin və məsuliyyətli işdir, amma biz sənə arxayıq. Unutma ki, qəzet bizim sağ əlimiz, ən yaxın köməkçimiz olmalıdır.”
Bu etimad Ataxan Əliyev üçün həm böyük şərəf, həm də ciddi sınaq idi. O, jurnalistikanın fəlsəfəsini dərindən dərk edirdi: qəzet dövrün güzgüsü olmalı idi. “Düzü düz, əyrini əyri” yazmaq prinsipi onun fəaliyyətinin ana xəttinə çevrildi. O, sözün gücü ilə cəmiyyəti işıqlandırmağı, inkişafa dəstək olmağı və hər şəraitdə həqiqəti müdafiə etməyi qarşısına məqsəd qoyaraq işə başladı…

Qəzet nədən yazırdı?

60-cı illər Azərbaycan mətbuatı üçün özünəməxsus dövr idi. O zaman nəşr olunan qəzetlərdə tipik olaraq sosializm ideyaları, qurultay və konfrans materialları, kənd təsərrüfatı planları, sosializm yarışı və kolxoz həyatının statistik mənzərəsi geniş yer alırdı. Lakin Ataxan Əliyevin rəhbərliyi altında “Kolxoz yolu” qəzeti sadəcə rəsmi hesabatlar toplusu deyildi. Yeni quruluşa zidd olan neqativ hallar, bürokratik maneələr qəzetdə ciddi tənqid olunur, satira atəşinə tutulurdu.
Həmin illərdə sabiq Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsinin qəbul etdiyi “Rayon qəzetlərinin fəaliyyətini yaxşılaşdırmaq haqqında” aktual qərarlar respublika və yerli mətbuata da yeni bir nəfəs gətirmişdi. Belə yerli mətbuatın ön sıralarında isə 1960-1961-ci illərdə Ataxan Əliyevin redaktorluğu ilə nəşr olunan “Kolxoz yolu” qəzeti kimi oxunaqlı mətbuat orqanlari dayanırdı. İki səhifə həcmində, 1200 tirajla həftədə bir dəfə işıq üzü görən bu kiçik qəzet, əslində, Lerikin ən ucqar kəndlərinə belə çatdirıır, hər buraxılışında əhəmiyyətli hadisələrə özünəməxsüs münasibət bildirirdi.


O dövrdə poliqrafiya bazasının zəifliyi, ixtisaslı jurnalist kadrlarının və mətbəə mütəxəssislərinin azlığı böyük çətinliklər yaradırdı. Fəhlə-kəndli müxbirləri ilə iş hələ lazımi səviyyədə deyildi. Bu problemlər gənc redaktoru daim düşündürürdü. Ataxan müəllim rayon qəzetini daha oxunaqlı, xalqın dilinə yaxın etmək üçün var-qüvvəsi ilə çalışırdı.
Tarixi xatırlasaq, “Zuvand kolxozçusu” qəzeti bir müddət Lənkəranda çıxan “Sosialist subtropikası” zona qəzetinə birləşdirilsə də, 27 iyul 1964-cü ildən yenidən “Kolxoz yolu” adı ilə müstəqil nəşrinə başlamışdı.


1966-cı ildən isə “Bolluq uğrunda”, daha sonra isə bugünkü “Lerik” adı ilə yoluna davam etdi. Lakin məhz Ataxan Əliyevin redaktorluq etdiyi illər qəzetin inkişafında, dağ rayonunun iqtisadi və mədəni yüksəlişində mühüm rol oynamışdı.
Onun yazdığı “Müdirin satıcısı”, “Deyəcəksiniz yazıq yox, vicdansızdır”, “Dağ kimi arxam var” kimi felyetonları indi də yaşlı nəsil oxucuları tərəfindən xatırlanır. Adətən “Kirpi” guşəsində dərc olunan bu kəsərli yazıları oxucular səbirsizliklə gözləyirdilər.

Ömrü qısa olsa da…

Ataxan Əliyevin qız nəvəsi, Qarabağ qazisi, ictimai fəal Bəxtiyar Kazımlı valideynlərindən babası haqqında öyrəndiklərini bizimlə bölüşür.


Bir gün ozamankı Lerik Rayon Partiya Komitəsinin birinci katibi cavan kadr kimi Ataxan Əliyevi otağına çağırıb ikilikdə söhbət edib:

“Rayon qəzetində bacarıqla redaktorluq etməyin bizi razı salıb. Lakin hazırda bizi narahat edən məsələ sənin yaşadığın Veri kəndindəki kolxozun geridə qalmasıdır. Təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, səni Xanlar Səfərəliyev (əvvəlki adı: 26 Bakı komissarı, – red.) adına kolxoza rəhbər göndərməyi məsləhət görürük. İnanırıq ki, qəzetdəki uğurunu orada da təkrar edəcəksən…”
Bu təklif gözlənilməz olsa da, Ataxan Əliyev tərəddüd etmədi. Bilirdi ki, tarlada işləmək, kollektiv təsərrüfatı canlandırmaq böyük enerji və məsuliyyət tələb edir. Redaksiyadan ayrılarkən, yadına yenə jurnalist prinsipiallığı düşdü: qəzetin vəzifəsi həqiqəti yazmaq, cəmiyyətə obyektiv yanaşmaqdır. O, rəhbərlik etdiyi dövrdə eşitdiyi tikanlı, acı sözlərə səbrlə dözmüş, qarşısına çıxan sədləri mərdliklə aşmışdı.
Yeni iş yerində də eyni əzmlə çalışdı. Onun yolunu bərəkətli tarlalar, Muğan qışlaqları və uca zirvəli yaylaqlar gözləyirdi. Ataxan Əliyev etimadı doğrultdu, qısa müddətdə kolxozun fəaliyyətini canlandırdı. “Yaxşı yaşamaq üçün yaxşı işləmək” prinsipi hamı üçün gündəlik normaya çevrildi.
Təəssüf ki, bu parlaq yol çox erkən yarımçıq qaldı.

Xatirələrdə yaşayan kədər…

Qardaşı oğlu Asif Əliyev böyüklərdən o ağır günlər haqqında bu məlumatları eşitdiyini soyləyir:

“1966-cı ilin fevral ayında əmim Ataxan Əliyev faciəli şəkildə dünyasını dəyişdi. Əmim çox istiqanlı, həqiqətpərəst bir insan idi. Qəfil ölüm onun gənc ömrünə və arzularına son qoydu…”
Bəli, insan həyatdan köçsə də, onun izi, sözü və əməli bu dünyada qalır. Ataxan Əliyevin ömrü qısa olsa da, adı Azərbaycan və cənub – Lerik mətbuatı tarixinə qızıl hərflərlə yazılıb.
Onun gözlərinin nuru, qəlbinin hərarəti indi də saralmış qəzet səhifələrindən boylanır və gələcək nəsillərə həqiqətə xidmət etməyin nümunəsini göstərir…

İdris Şükürlü,

Azərbaycanın Əməkdar jurnalisti

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

8-05-2024, 17:55

DAHİ ŞƏXSİYYƏT

sosial / manset

20-10-2024, 12:45

ÖMRÜMÜZÜN UNUDULMAZ İLLƏRİ - MƏKTƏB İLLƏRİ

dunya / manset

9-12-2024, 09:41

“Hizbullah” bütün qüvvələrini Suriyadan çıxardı

gundem / medeniyyet / ust / manset

19-02-2026, 15:24

Əbədiyaşarlıq fəlsəfəsinin bariz nümunələrindən biri...

sosial / manset

9-06-2024, 11:38

Ağacdan yıxılan Lerik sakini ağır xəsarətlər aldı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 16:50
    Xameneidən uranla bağlı - Qadağa
  • Bu gün, 16:46
    “Qarabağ” Elvin üçün “Neftçi”dən daha çox pul istədi
  • Bu gün, 16:38
    Əlillik hansı hallarda müddətsiz təyin olunur?
  • Bu gün, 16:34
    “Müstəqil yaşayış qurmağa çalışan gənclər mənzil problemi ilə qarşılaşır”
  • Bu gün, 16:30
    WUF nəyimizə lazımdır?
  • Bu gün, 16:26
    Gecənin bu saatlarında güclü yağış yağacaq - Xəbərdarlıq
  • Bu gün, 16:23
    Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
  • Bu gün, 16:17
    “CityNet” “Best Managed Companies Azerbaijan 2026” mükafatına layiq görülüb
  • Bu gün, 16:14
    “Qarabağ”ın növbəti transferi kimdir? - Bakıya gəldi
  • Bu gün, 16:12
    Prezidenti təbrik edirlər - Yenilənir
  • Bu gün, 12:33
    Özü sözünə bənzəyən…
  • Bu gün, 12:27
    Bakıda WUF13-ün beşinci günü işinə başlayıb
  • Dünən, 20:41
    Şuşa fatehi, Vətən müharibəsi qəhrəmanı Zaur Ələkbərovun döyüş xatirələri...
  • Dünən, 20:34
    Azərbaycan Hapkidoçuları Avropa Çempionatında ölkəmizi təmsil edəcəklər
  • Dünən, 18:01
    "Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
  • Dünən, 17:57
    Prezident onları təltif etdi - Adlar
  • Dünən, 17:28
    Bu quruma yeni səlahiyyət verildi - Fərman
  • Dünən, 17:24
    Azərbaycan vətəndaşlarının Gürcüstana giriş-çıxışına icazə verildi
  • Dünən, 17:18
    Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
  • Dünən, 17:14
    Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
  • Dünən, 16:52
    Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
  • Dünən, 15:59
    Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
  • Dünən, 14:49
    WUF13: Azərbaycan müasir şəhərsalma modelini uğurla təqdim edir
  • Dünən, 14:42
    Damarlarında alicənablıq qanı axan ziyalı...
  • Dünən, 11:31
    Saleh Səmədov 200 min manat mənimsəyibmiş
  • 19-05-2026, 11:54
    Prezident İlham Əliyev çıxışında qlobal mesajlar verdi
  • 19-05-2026, 11:46
    “Azərbaycan regionda bu cür sistemi tətbiq edən ilk ölkələrdən biridir”
  • 19-05-2026, 11:43
    Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu
  • 19-05-2026, 11:40
    Rusiya nüvə tətbiqinə dair təlimlərə başlayır
  • 19-05-2026, 11:36
    Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı
  • 19-05-2026, 11:33
    Ukrayna sərhəddə minalar basdırır - İddia
  • 19-05-2026, 11:29
    “İnklüziv şəhər anlayışı yalnız fiziki infrastrukturla məhdudlaşmır”
  • 19-05-2026, 11:25
    Naxçıvana uçuşlar yenidən bərpa edildi
  • 19-05-2026, 11:21
    1 həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
  • 19-05-2026, 11:17
    “Bunlar müstəqil yaşamaq imkanlarını məhdudlaşdırır”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə